Giriş
Bağla

Onurğa üçün idman hərəkətləri

Fitness / Sağlamlıq xəbərləri

Hərəkətə dərin nəfəs alaraq başlayın. Qollarınızı arxaya doğru uzadıb özünüzü geriyə söykəyin. Eyni hərəkəti qollarınızı birləşdirərək edin. Əllərinizi belinizə qoyaraq da hərəkəti təkrarlaya bilərsiniz. Bu məşqlər 30-60 saniyə arasında 3 dəfə edin.


Boynunuzu sağa və sola yatırın. Son hərəkəti edərkən 5 saniyə gözləyin. Daha sonra başınızı sağa və sola çevirərək son hərəkətlərdə 5 saniyə gözləyin. Dik oturub əllərinizi öndə birləşdirin. Əllərinizi 5 saniyə dartaraq eyni hərəkəti arxa tərəf üçün də təkrar edin.


Kürəyiniz düz və qarnınız içəridə olacaq formada yerə oturun. Kürək sümüklərinizi bir-birinə yaxınlaşdırıb buraxın. 10 dəfə hərəkəti təkrar edin.

Ayaq üstdə əllərinizi başınızın arxasında birləşdirib sinənizi iləri itin və geri çəkin. 10 dəfə edə bilərsiniz.


Üzü üstdə uzanın. Ayaq barmaq uclarınız yerə dik olmalıdır. Onurğanın alt tərəfi sabitlənmiş olmalıdır. Əllərinizi arxaya doğru qaldırın. 3 dəfə bu məşqi təkrar edin.





Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика