Giriş
Bağla

Albalı keks (foto-resept)

Mətbəx / Tortlar


Tərkibi:

3 yumurta
1,5 su st toz şəkər
1 su st süd
3 su st fındıq unu qarışımı
1 su st duru yağ
3 ç/q kakao
1 paket qabartma tozu
1 su st çəyirdəksiz albalı

Hazırlanması:
Şəkər və otaq istiliyində yumurtaları köpük-köpük olana qədər çırpın. Duru yağ və ilıq südü əlavə edərək çırpmağa davam edin.
Fındıqı unu qarışımı, kakao və qabartma tozunu əlavə edin. Axıcı qarışım əldə edənə qədər qarışdırın.
Hazırladığınız keks qarışımına albalıları əlavə edərək sürətlə qarışdırın.
Keks qəlibini yağlayaraq xəmiri tökün. 180 dərəcə əvvəlcədən isidilmiş sobada bişirin.
İçininin bişdiyini çöplə yoxlayın. Soyuqduqdan sonra qəlibdən çıxarın və dilimləyib servis edin. 


Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика