QOCALIQ
Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qınamasın, yoldu, nə olarş
Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,
Şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Atiye" filminin Tanıtım Çarxı yayımlandı-VİDEO
Yapon alimi: "Yeni insan növü yaranacaq"
Mark Zükerberqin "üzən saray"ı - FOTOLAR
İlk elektrik təyyarəsi uçdu - FOTO
“Qarabağ” gedir
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA
Məşhur aktyor boşanır
Məşhur bəstəkar Sezen Aksunun FOTOsunu paylaşdı
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhurlar hansı idman növü ilə məşğul olur?
Kütləvi informasiya vasitələrinin əməkdaşları hansı qaydada işləyəcək? - RƏSMİ
Bu uşaq 24 barmaqla doğuldu
Mərkəzi Bankda "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin təqdimatı keçirilib
Louis Vuitton kimdir?
Qadın cildinə xəstəlik yoluxduran kosmetikalar
Obama federal hökumətin maliyyələşdirilməsi haqqında qanunu imzalayıb
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Fahriyedən sonra Bensu gəldi-1,5 milyonluq müqavilə
Riçard Gir evləndi
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Medusa
Əncirli keks (foto-resept)
Şükür etməyin ən yaxşı yolu hansıdır?
Mayonezin zərərləri
Ermənistanın adı dəyişdirilir?
Freyd və qadınlıq
Türkiyədə sürücü hiyləgərliyinə qarşı qərar
"Günəbaxan" peraşkisi (foto-resept)
Moruq mürəbbəsi (foto resept)
"Şəfa" stadionunun adı dəyişdirilir?
Formalı keks-Quzu (foto resept)
Çobanyastığı maskası
Sadə lazanya (foto-resept)
“Instagram”da 200 milyon izləyicisi olan ilk qadın - FOTO
Eurovision-2015: iki ölkədən verilən səslər ləğv olunub
Bu günün hava proqnozu
“Gəzən kitabxana” Gəncədə olacaq
Ermənipərəst Rusiya mediasından növbəti “fake news” - FOTO/VİDEO
Tağı Əhmədova yeni vəzifə verildi
Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ: bu qidaları almayın, ölümcül xəstəlik yarada bilər - SİYAHI
Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Corc Kluni - bir saata 27283 dollar qazanır
Vinirlər protezləri geridə qoyur
Obama: İŞİD qruplaşması məhv ediləcək
Yay köynəkləri
Yeni Samsung smartfonlarının təqdimatı təxirə salınıb
Bosniya piramidaları
Kişilərin qadınlarda cəlbedici hesab etdiyi 3 xüsusiyyət