Giriş
Bağla

Qozlu badımcan salatı (foto-resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

4 ədəd orta boy badımcan

3 ədəd qırmızı bibər

2 y/q limon suyu

4 y/q zeytun yağı

1 diş sarımsaq

 

sous üçün:

4 y/q qatıq

2 y/q küncüt pastası (tahini)

1 çay st təmizlənmiş qoz

1y/q zeytun yağı

duz

 

Hazırlanması

Badımcan və bibərləri közləyib kasaya qoyun.

Öz buxarına yumşalan bibərin qabıqlarını soyun və çəyirdəkləriniz çıxarıb doğrayın. Badımcanların qabıqlarını soyub doğrayın.

Doğradığınız ərzaqların dərin qaba qoyun, üstünə limon suyu, duz, əzilmiş sarımsaq və zeytun yağı əlavə edərək qarışdırın.

Tahinili və qozlu sous üçün blendera tahini, qoz və qatığı əlavə edin. Üstünə zeytun yağını əlavə edin və sous tamamilə qarışıb qozlar parçalana qədər blenderi işə salın.

Servis qabında olan salata tahinli sousdan tökərək servis edin.

 

Qozlu badımcan salatı (foto-resept)

 



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика