Giriş
Bağla

Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri

MÜXTƏLİF / Mütləq bilməlisiniz

 

Badam unu

Üyüdülmüş badamlardan hazırlanan badam unu, ağ unu bənzədiyi üçün keks, tort və bisküvit hazırlanmasında istifadə olunur. Yarım fincan badam unu, gündəlik B və E vitamini ehtiyacının 40%-ni qarşılayır.  Qlutene həssaslığı olanlar üçün mükəmməl alternativdir. Həzm sistemini nizamlayır. Bu undan çörək də bişirə bilərsiniz.

 

Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri

 

Şabalıd unu

İtalyan mətbəxində "şirin un" adı ilə tanınır. Yüksək miqdarda B vitamini və dəmir mənbəyidir. Makaron, çörək, tort, keks, şorba bişirimək üçün istifadə edilir.

 

Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri

 

Noxud unu

Protein baxımından güclü olan noxud unu liflərlə zəngin olduğu üçün həzm sistemi və ürək sağlamlığı üçün faydalıdır. Hindistan, Pakistan, Cənubi-Asiya ölkələrində çox istifadə edilir.

 

Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri

 

 

Yulaf unu

Qlutenli və ya qlutensiz olaraq satılır. Həzm sistemini nizamlayır. Yulafı blenderdan keçirərək yulaf unu əldə edə bilərsiniz. 

Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика