Giriş
Bağla

Qırmızı kələm salatı (foto-resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

1 orta boy qırmızı kələmin yarısı

1 diş sarımsaq

duz

2 y/q zeytun yağı

1 y/q limon suyu

1 y/q sirkə

istəyə görə 1 y/q quru üzüm

 

Hazırlanması:

Qırmızı kələmin 1-2 yarpağını qoparın. Kələmi ovaraq yuyun və kəsmə taxtasına qoyun.

Boyuna iki hissəyə böldüyünüz kələmi xırda-xırda doğrayın.

Doğradığınız kələmi dərin kasaya qoyun, üstünə biraz duz əlavə edin, rəngini verib yumşalana qədər əlinizlə yoğurun. (duzu damaq dadınıza görə 1-2 çay qaşığı əlavə edə bilərsiniz.)

Yumşalan kələmlərə əzdiyiniz 1 diş sarımsağı, sirkə, limon suyu, zeytun yağı və sirkəni əlavə edərək qarışdırın.

İstəyə görə quru üzümü əlavə edin və 1 saat gözlədikdən sonra servis edin.

Qırmızı kələm salatı (foto-resept)



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика