Giriş
Bağla

9 may-Qələbə Günüdür!

Bizimdir! / Bütöv Azərbaycan!

9 may-Qələbə Günüdür!

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

 9 may-Qələbə Günüdür!

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər. 

9 may-Qələbə Günüdür!

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.



Şərhlər (20)

Pervin Pervin 9 May 2019 15:57 Cavab yaz

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.
Milana.M Milana.M 9 May 2019 09:21 Cavab yaz

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur!
Pervin Pervin 9 May 2018 08:33 Cavab yaz

qehremanlara rehmet olsun
Esmira Esmira 9 May 2018 08:16 Cavab yaz

Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
mamasinin kukulkasi mamasinin kukulkasi 23 February 2015 15:27 Cavab yaz

Xalqimizin cox boyuk tarixi vardir.xebere gore tesekurler edirem
Flaminqo Flaminqo 12 July 2014 22:09 Cavab yaz

Onsuzda bu qelebe gununde bize cox gorduler ve elimizden aldilar.
gozel eliyeva gozel eliyeva 29 May 2014 12:15 Cavab yaz

Cox maraqlidir canim menim eline saglik bele gozel movzu uzre calisdigin ucun tesekkur give_ros
74astara 74astara 11 May 2014 23:00 Cavab yaz

Den pabeda biz getdik paratdanda kechdik chox gozel qeyd edirik chunki menim babamda vurushub yoldashimim babasida gedib qayitmiyib her il kechirdirik....
remis1977 remis1977 10 May 2014 13:42 Cavab yaz

FAŞİZM MÜHARİBƏSİNDƏ DÖYÜŞÜB HƏLAK OLANLARA ALLAH RƏHMƏT ELƏSİN SAĞ QALIB YAŞAYANLARADA CAN SAĞLIĞI ARZU EDİRƏM 9 MAY GÜNÜNÜ HƏMİŞƏ SƏBİRSİZLİKLƏ GÖZLÜYÜRDÜK NƏVƏLƏR NƏTİCƏLƏR DƏDƏMİN (BABAMIN)DANIŞDIĞINA GÖRƏ O,DƏHŞƏTLİ MÜHARİBƏDƏN SAĞ QALDIĞINA GÖRƏ AD GÜNÜNÜ QEYD EDİRDİK.ÇOX TƏSSÜF Kİ, İTİRDİK SAĞ QALIB YAŞAYAN VETRANLARIMIZIN QƏDRİNİ BİLƏK Kİ, SONRADAN TƏSSÜFLƏNMİYƏK.BELƏ BİR YAZINI YAZDIĞINIZ ÜÇÜN SİZƏ ÇOOOOOX SƏMİMİ QƏLBDƏN TƏŞƏKKÜR EDİRƏM give_ros
QADIN.AZERI QADIN.AZERI 9 May 2014 23:51 Cavab yaz

Men butun fasizm uzerinde geden o dehsetli muharibede istirak eden veteranlari 9 may qelebe gunu munasibetile tebrik edirem,elece de babami.Babam muhaibede kesfiyyatci olub,indi de muharibenin amansiz ve dehsetli gunlerinden danisir,qardasi ise muharibede helak olub,rusiya torpaqlarinda defn edibler...
ALLAH doyus zamani helak olan butun sehidlere rehmet elesin AMIN!
Xeyale xebere gore cox sag ol!
girl_2014seviashka girl_2014seviashka 9 May 2014 22:09 Cavab yaz

XALQIMIZIN EZEMETLI TARIXI VAR KAW BABAM SAG OLARDI
mehine mehine 9 May 2014 21:06 Cavab yaz

Men fexr edirem ki, azerbaycanliyam!
qeribe qeribe 9 May 2014 13:48 Cavab yaz

Bu muharibede qehremancasina doyuwen, doyuw zamani ve ya sonra helak olan hemyerlilerimize Allah qeni-qeni rehmet elesin!
Qələbə günü dünyanın çox yerində qeyd edilir. hi give_ros

Xəyalə xanım,size təşəkkür edirəm ki,bele tarixi xeberleri hazirlayirsiniz. give_ros kiss
Milana.M Milana.M 9 May 2014 13:17 Cavab yaz

Bir film izləmişdim, Real bir Alman zabitinin həyatından bəhs edirdi. Müharibə illərində həmin Alman zabiti ailəsi ilə birgə işğal edilmiş torpaqlarda məskunlaşır. Öz qoşununu da ora yerləşdirir. Ona yuxardan gələn əmrlərə şərhsiz tabe olur və yerinə yetirir. Onun vəzifəsindən biri həftənin müəyyən günlərində əsrlərin bir zəmiyə yığıb diri-diri yandırılması olur. Heç bir əsr yığıb aparılan onlarla əsirin hara aparıldığını bilmirdi. Əsir düşmüş uşaqlara deyirdilər ki, onları azad edirlər. Say çoxluğundan yer olmadığı üçün onları azad edirlər və onlar orda çox xoşbəxt ömür sürürlər. Kimisi işə düzəlir, kimisi müharibə məkanından uzaqlaşır. Bu xülyaya inanan bir əsir uşaq günlük iş zamanı gizlin qaçır həmin Alman zabitinin evinə girir. Sadəcə maraq ona üstün gəlir. Alman zabitinin də o uşaqla həmyaşıd oğlu olur. Onunla dost olurlar. Hər gün Alman zabitinin oğlu əsir oğlana gizlin yemək verir. Söhbət edirlər. Zabit oğlu ondan xahiş edir ki, bir günlük yerlərini dəyişsinlər və o əsirlik nədir, nə deməkdir anlasın. Əsir uşaq razılaşır. Öz geyimini (həbs geyimini) verir zabit oğluna. O da gizlin gedir əsirlərin arasına. Onun kim olduğunu anlmırlar. Axı əsirə baxan olmur. Tamamilə təsadüf nəticəsində məhz onu da həmin gün "azad edilən əsirlər" arasına salırlar. Hamı bir-biri ilə vidalaşır və tezliklə zəmiyə gətirilirlər. Bir saat sonra artıq zəmi alışıb yanır. İçində Alman zabitinin oğlu da. Əsir uşaq isə onun atasını tapıb yerdəyişdirdiklərini izah edir. Alman zabiti hər şeyi anlayanda artıq gec olur. Çünki yandırılmış cəsədlər arasından oğluna məxsus əşyanı tapır. O gündən istefa verir. Bu film reallıqdan bəhs edir. Lakin nə qədər təsirli çəkilsə də həyatda bütün bunları öz gözləri ilə görən veteranlarımız min qat artıq təsirli hadisələr, "xatirələr" danışa bilərlər. Bugün qələbə günüdür. Hamımızın bütün, insan əhlinin qələbəsi günüdür. Allah gələcəyimizi qorusun.
ruzigar ruzigar 9 May 2014 13:07 Cavab yaz

Qələbə günü dünyanın çox yerində qeyd edilir.Xalqımız bu bayramda həm sevinir,həm də kədərlənir.Sevinir ona görə ki,qəddar və güclü düşmən olan alman faşizmi üzərində qələbə çalınmasında xalqımız da istirak edib.Kədərlənir ona görə ki,yüz minlərlə azərbaycanlı döyüşçü müharibədən qayıtmayıb.Onlar qanlı vuruşlarda vətən uğrunda qurban gediblər.Həmin müharibənin və qələbənin şahidi olan babalarımız bu gün gənclərə nümunədir.
Xəyalə bacım,xəbərə görə təşəkkür edirəm. give_ros
A-N-ar (Realist) A-N-ar (Realist) 9 May 2014 12:17 Cavab yaz

Uşaqlara qarşı bu nə əzab imiş, Tanrım?

Həqiqətən, dəhşətdir, Ceylan xanım. İnsanın tükləri biz-biz olur. Allah cəzalarını versin.
Bəli, faşiz üzərində qələbə, bəşəri bir qələbədir. Bu qələbənin qazanılmasında Azərbaycanın da böyük rolu vardır. Saysız insanlarımız canını qoyub, bu müharibədə...Ölkənin təbii sərvəti, bütövlüklə, müharibəyə sərf olunub...
Allah heç bir ölkəyə müharibə yaşatmasın. Bu günümüzə şükür. Çünki, döyüş bölgələrindəki ölkələrin vəziyyəti ürək ağrısıdır. Acı taleyin daşıyıcıları isə körpə, günahsız canlardır.
Ceylan Mumoglu Ceylan Mumoglu 9 May 2014 11:33 Cavab yaz

Faşizm dəhşəti üzərində qələbə nəinki o müharibədə iştirakçı olan dövlətlərin, ümumiyyətlə bütün bəşəriyyətin qələbəsi hesab eilməlidir. Dünəndən bir kitaba başlamışam. V.Frankl "İnsanın anlam arayışı"adlanır. Auschwitz düşərgəsinin məhbuslarının həyatından (həyat demək olarsa buna) bəhs edir.
İlahi, bu düşərgələrdə olanlar sübut edir ki, insanoğlu Yer üzünün ən vəhşi,ən qaniçən, ən xəstə məxluqudur. Bu hadisələrə qədər bu cür dəhşətlər qeydə alınmamışdır. Uşaqlara qarşı bu nə əzab imiş, Tanrım? http://isurvived.org/Pictures_iSurvived-5/Romani-children_Auschwitz.GIF Ondansa öldürsəydilər.
Sara___2014 Sara___2014 9 May 2014 01:55 Cavab yaz

Xalqimizin kesmecesli ve ezemetli tariElbette
Elbette!!!! biggrin
gulnare humbatova gulnare humbatova 9 May 2014 01:33 Cavab yaz

Bu muharibede qehremancasina doyuwen, doyuw zamani ve ya sonra helak olan hemyerlilerimize Allah qeni-qeni rehmet elesin!
Aynur85 Aynur85 9 May 2014 01:14 Cavab yaz

Xalqimizin kesmecesli ve ezemetli tarixi var smile

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика