Məşhur fəqih və "Məfatihul-kəramət" adlı kitabın müəllifi Seyid Cavad Amuli şam yeməyinə məşğul idi. Birdən qapının səsini eşidildi. Bildikdə ki, ustadı Seyid Mehdi Bəhrul-Ülumun xidmətçisi gəlib, dərhal qapıya tərəf tələsdi. Xidmətçi dedi: "Ustad sizi çağırıb və şam süfrəsində sizi gözləyir. Ancaq siz gələnə qədər süfrəyə əl uzatmayacaq."
Gecikmək olmazdı. Seyid Cavad hazırlaışıb, dərhal Seyid Bərhul-Ülumun evinə yollandı. Ustadın gözü Seyid Cavada sataşan kimi, görünməmiş bir qəzəblə dedi: "Seyid Cavad, Allahdan qorxmursan, Allahdan utanmırsan?"
Seyid Cavad donub qaldı, öz-özünə fikirləşdi ki, görəsən, nə olub, nə baş verib ki, ustadım bu qədər qəzəblidir, məni niyə bu cür danlayır, qınayır?! Öz-özünə ustadının qəzəblənməsinin səbəbini tapa bilmədikdə, ustadından soruşdu: "Ustad, olar buyurasınız ki, mənim təqsirim, günahım nədir?"
-Bir həftədir qonşun fılankəs ailəsi ilə birlikdə buğda və düyü üzünə həsrətdir. Bu müddət ərzində küçədəki dükandan nisyə xurma alaraq onunla günlərini başa vururlar. Bu gün yenə də xurma almağa gedib, amma dükançı onu danışmağa qoymadan deyib ki, sənin borcun çoxdur, o da bunu eşidəndən sonra xəcalət çəkib nisyə istəməmiş və özü və ailəsi şamsız qalmışdır.
-And olsun Allaha, mənim bu işdən xəbərim olmayıb, yoxsa, onların dadına çatardım.
-Mənim hay-küy salmağımın səbəbi də elə budur ki, nə üçün öz qonşunun vəziyyətindən xəbərsizsən? Nə üçün onlar yeddi gün, yeddi gecə bu vəziyyətdə qalıb, sən isə bundan xəbərin olmasın? Əgər xəbərdar olub kömək etməsəydin, onda sən heç müsəlman sayılmazdın...
Mənim xidmətçim bu xörəkləri aparacaq, birlikdə o kişinin evinin qapısına qədər gedin. Xidmətçi ora çatdıqdan sonra geri qayıtsın, sən isə qapını döy, ondan xahiş et ki, səninlə birlikdə şam yesin. Bu pulu da al və onun evindəki xalçanın, yaxud həsirin altına qoy və qonşuluqda səhlənkarlıq etdiyin üçün üzr istə, sonra geri qayıt. Mən burada oturmuşam və sən qayıdıb o mömin qonşun barədə mənə xəbər çatdırana kimi, mən şam yeməyəcəyəm."
Xidmətçi cürbəcür ləzzətli xörəklərlə dolu olan böyük bir qabı götürüb Seyid Cavadla birlikdə qonşunun evinə yollandı. Xidmətçi qapıya çatanda xörək qapını Seyid Cavada verib qayıtdı və Seyid Cavad icazə aldıqdan sonra içəri daxil oldu.
Ev sahibi Seyid Cavadın üzürxahlığı və xahişindən sonra süfrəyə əl uzatdı. Bir loğma yedi. Xörəyi ləzzətli gördükdə, başa düşdü ki, xörək ərəb xörəyi deyil. Dərhal yeməkdən əlini çəkib dedi: "Bu, ərəblərin bişirdiyi xörəklərdən deyil. Əgər bu yeməyin haradan gətirildiyini deməsən, mən ona əl uzatmayacağam."
O kişi düz təyin etmişdi. Xörək Bəhrul-Ülumun evində hazırlanmışdı. Onların əsli İranın Bürucerd şəhərindən idi və həmin xörək ərəb xörəklərindən deyildi.
Seyid Cavad nə qədər israr etdi ki, sən xörəyini ye, nə işin var ki, kimin evində hazırlanıb, qonşu qəbul etmədi və dedi: "Deməyənə qədər yeməyə əl uzatmayacağam."
Seyid Cavad çarəsiz qalıb macəranı əvvəldən axıra qədər danışdı. O kişi macəranı eşidəndən sonra xörəyi yedi. Ancaq heyrətdə ikən deyirdi: "Mən öz sirrimi bir adama belə deməmişəm və ən yaxın qonşularımdan da gizli saxlamışam. Bilmirəm Seyid Bərhul-Ülum haradan xəbər tutub?!" ("Məcmueyi-asar", Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.383; "Əl-kuna vəl-əlqab", Muhəddis Qummi, 2-ci cild, səh.62.)
Milli.Az
XƏBƏR LENTİ
8 May-Şuşanın işğalı günüdür!
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Azərbaycanlı gəncin portreti
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Günün ulduz falı - 09.09.2013
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Günün qoroskopu: iş və gərginlik artır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İt internet ulduzuna çevrildi - FOTO
"Terrorun dini yoxdur"
Şokoladlı desert
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Məşhurların kolleksiyaları -SİYAHI
Avropanı buxar vulkanı bürüdü
Bakıda yaşıllıqlar düzgün salınırmı?
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tanış olun: Kişi!
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
HAVA necə olacaq?
Qəbizliyi necə aradan qaldırmalı?
Bu insanlar FEYXOA yeməməlidir!
Dünyanın ən əlvan yerləri
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
“Eurovision 2015”in qalibi kimdir?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
İŞİD kürdləri bombalayır
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Azərbaycanda elçi gedənlər...
Hovuzlu, 8 təkərli Eldorado
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi
7620 metrdən paraşütsüz tullandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Faydalı saç maskaları
Işıldayan dəri üçün 10 qızıl qayda
Çaylarımızda su aşıb-daşdı
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Azadlıq heykəli (Nyu-York)
Model küçə satıcısını necə varlandırdı? - Foto
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Od çərşənbəniz mübarək!
Portağallı dondurma (foto resept)