Giriş
Bağla

Çiyələkli göyərti salatı (foto-resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

 

7-8 ədəd kiçik boy çiyələk

yarım dəstə dirrik pərpərəni

biraz pendir 

2 y/q qoz qırıntısı

1 y/q kətan toxumu

 

Sous üçün:

3 ədəd orta boy çiyələk

2 y/q zeytun yağı

1 y/q alma sirkəsi

duz

 

Çiyələkli göyərti salatı (foto-resept)

 

Hazırlanması:

Dirrik pərpərəni biraz suda saxlayın. Sonra axan suyun altında 1-2 dəfə yuyun və suyunu süzün.

Yarpaqlarını əlinizlə aralayıb salat kasasına əlavə edin.

Çiyələkləri yuyub doğrayın və salata əlavə edin. 

Pendir, kətan toxumu və qozu salata əlavə edin.

Sousu üçün çiyələkləri blenderdən keçirin, zeytun yağı, sirkə və duzu əlavə edərək sous halına gələnə qədər işlədin.

 

Çiyələkli göyərti salatı (foto-resept)

 

 

Hazırladığınız sousu salatın üstünə gəzdirin və servis edin.

 

Çiyələkli göyərti salatı (foto-resept)

 



Şərhlər (1)

kifayet9 kifayet9 22 April 2020 13:17 Cavab yaz

Çiyələk çıxsın alarıq

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика