Giriş
Bağla

Bulqurlu yaz salatı (foto-resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

 

1 su st plovluq bulqur

2 su st su

5-6 sap təzə nanə

5-6 sap şüyüd

yarım dəstə cəfəri

10 ədəd çeri pomidor

2 ədəd xiyar

4-5 sap reyhan

3-4 y/q  qaynadılmış qarğıdalı dənəsi

duz

Zeyun yağı

yarım limonun suyu 

narşərab

Bulqurlu yaz salatı (foto-resept)

Hazırlanması:

Bulquru qazana qoyub, üstünə biraz duz və zeytun yağı əlavə edin. İsti su əlavə edərək orta dərəcədə suyunu çəkənə qədər bişirin. Suyunu çəkəndə qapağı bağlı olaraq soyuyana qədər saxlayın.

Nanə, şüyüd, cəfəri və reyhanı xırda-xırda doğrayın.

Pomidorları və xiyarları xırda doğrayın.

Bütün ərzaqları soyuyan bulqura əlavə edin. Duz, zeytun yağı, limon suyu və narşərab əlavə edərək qarışdırın.

Bulqurlu yaz salatı (foto-resept)

Nuş olsun!



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика