Giriş
Bağla

Şokoladlı və fındıqlı biscotti (foto-resept)

MƏTBƏX / Müxtəlif

 

Tərkibi:

 

Şokoladlı və fındıqlı biscotti (foto-resept)

 

 

5 y/q kərə yağı (75 qram)

1 su st pudra şəkəri (120 qram)

1 ədəd böyük boy yumurta

2 su st un (230 qram)

3 y/q kakao

2 ç/q qabartma tozu (4 qram)

2 ç/q karbonat (4 qram)

1 su st fındıq

yarım çay st damla şokolad

 

Hazırlanması:

Otaq istiliyində kərə yağını və pudra şəkərini krem kimi olana qədər çırpın. Sonra yumurta əlavə edib qarışdırın.

Un, kakao, karbonat və qabartma tozunu birlikdə əlavə edin.

Yumurta tamamilə qarışdıqda un qarışımının əvvəlcə yarısını əlavə edərək qarışdırın.

Qalan unu xəmiri əlavə edin.

 

Şokoladlı və fındıqlı biscotti (foto-resept)

 

 

Fındıqları və şokoladı xəmirə əlavə edin, yavaş-yavaş yoğurun, iki bərabər hissəyə bölün.

Böldüyünüz iki xəmir parçasını istifadə edərək rulet halına gətirin.

Xəfif yağladığınız soba listinə xəmiri yerləşdirin.

 

Şokoladlı və fındıqlı biscotti (foto-resept)

 

 

180 dərəcə əvvəlcədən isidilmiş sobada 35 dəqiqə qədər bişirin.

Biscottiləri sobadan alın və təxminən 20 dəqiqə soyumağa qoyun. Otaq istiliyinə gələnə qədər dilimləyin, dilimlədiyiniz üzünü yuxarı formada yerləşdirin.

150 dərəcədə sobada 15 dəqiqə yenidən bişirin. Soyuduqda qablara yerləşdirin və istədiyiniz zaman servis edin.

 

Şokoladlı və fındıqlı biscotti (foto-resept)

 



Şərhlər (2)

Ayla Ayla 14 April 2020 20:59 Cavab yaz

Adi biskvitə də qoz findıq atanda belə olur
laleler5 laleler5 14 April 2020 11:58 Cavab yaz

Bunu bişirmək çox asandı

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика