Giriş
Bağla

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

Günün əsas xəbərləri

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?


“Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz”.

Qadin.Net bildirir ki, bu barədə oxu.az-a Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli açıqlama verib.

O bildirib ki, virusa yoluxmuş şəxslər müalicə dövrü bitənə qədər oruc tuta bilməz:

“Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə Qurani-Kərimin müvafiq ayəsində qeyd olunub.

Koronavirusla bağlı xəstəxanalarda müalicə alan şəxslər mütləq həkim təlimatlarına riayət etməlidirlər. İntensiv müalicə dövrü keçən şəxslərin oruc tutması sağlamlıqlarına ciddi təhlükə yarada bilər. Ona görə də, həmin şəxslərin Ramazan ayı bitdikdən, eləcə də müalicə dövrü yekunlaşdıqdan sonra qəza orucu tutmaları tövsiyə olunur”



Şərhlər (1)

Milana.M Milana.M 10 April 2020 08:21 Cavab yaz

“Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz”.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика