Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.
Bunu publika.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu "Azərişıq"ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər: "Beləliklə, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edəcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək. İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb saytında "Bildiriş" bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək "Yadda saxla" düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. "Elektron bildiriş al" düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu "Azərişıq" ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz. Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz".
XƏBƏR LENTİ
Dərman bitkilər
Mixəyin faydaları
Bədəndə yağlanmaya səbəb olan vərdişlər
Bakını daha təmiz və gözəl görmək üçün.
Çardaqdan otaq yaradın
Sobada soman balığı (foto resept)
Günün qoroskopu: Münaqişələrdən uzaq olun!
"Ayıcıq" keksi (foto resept)
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Avropaya son 2 vəsiqə
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Azərbaycanda 35-dən sonra bəxti açılanların sayı artıb
Koronavirusun yeni ştammı öldürücüdür?
Uçan avtomobil
İnsan olduğumuzu unutmayaq...
Tuşun tarixi
Fabletlər sürətlə populyarlaşır
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Rəqəmli pazllar (4)
Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım
Bir gün internet olmazsa...
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
Ən qəribə toy adətləri
Azərbaycanda meşələr niyə yanır?
Ay Yerə YAXINLAŞIR
Kredit alanları sevindirəcəklər
Alimlər 47 metr uzunluğunda dəniz canlısını lentə aldılar – VİDEO
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Dəlidir, nə etsə yeridir...
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları
Manatı unudun, daha "qlobal" dərdimiz var
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı barədə sübutlar üzə çıxdı
Mövqelərimiz atəşə tutuldu
Facebook-dan gözlənilən yenilik
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Məşhur müğənnidən gözlənilməz qərar
Sezarın ölümü haqqında bilmədiklərimiz...
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
Pendirli kotlet (foto-resept)
Bunlar səhvən icad olunub
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Doğuşdan sonra edilən idman hərəkətləri
Qadın üstünlüyü
Favorit reseptlərimiz
Qaranlıqda saxlanılan ölüm
Hansı bürcə ən çox nə yaraşır?
Boyunuza görə ideal kilo necə hesablanır?
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Azərbaycanda yağış yağacaq