Giriş
Bağla

COVİD-19 müxtəlif səthlərdə nə qədər yaşayır?

Günün əsas xəbərləri

COVİD-19 müxtəlif səthlərdə nə qədər yaşayır?


Hong-Kong Universitetinin və Amerika Milli Allergiya və yoluxucu xəstəliklər İnstitutunun bir qrup eksperti COVİD-19 virusunun müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, infeksiyanın aktivliyinin yoxlanılması otaq temperaturunda olan laboratoriyalarda aparılıb.

Ekspertlər virusun çap və siqaret kağızında üç saatdan az, emal edilmiş ağacda və laboratoriya gödəkçəsində isə iki gün qaldığını bildirib.

İstifadə edilən tibbi maskalarda isə infeksiyanın bir həftəyə qədər yaşaya biləcəyi məlum olub.

Şüşə və əskinaslarda virus dörd gün, paslanmayan polad və plastikdə isə dörd gündən yeddi günədək yaşaya bilib.

Həmçinin, mütəxəssislər məişətdə istifadə olunan adi dezinfeksiya vasitələrinin, o cümlədən ağardıcıların da koronavirusu məhv edilməsində effektiv olduğunu təsdiqləyiblər



Şərhlər (2)

laleler5 laleler5 7 April 2020 15:03 Cavab yaz

Umid edirem pulsuz olar ya da en azinnan her aptekde tapilar
Milana.M Milana.M 7 April 2020 10:00 Cavab yaz

İstifadə edilən tibbi maskalarda isə infeksiyanın bir həftəyə qədər yaşaya biləcəyi məlum olub.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика