Giriş
Bağla

Kartoflu çörək (video-resept)

MƏTBƏX / Duzlu xəmir işləri

 

Tərkibi:

1 su st qaynadılmış, əzilmiş kartof (200 qram)

1 ədəd yumurta

2 ç/q toz şəkər

4 ç/q zeytun yağı

yarım paket instant maya (5 qram)

1 ç/q duz

1 su st ilıq su (200 ml)

4 su st un (450 qram)

Kartoflu çörək (video-resept)

Hazırlanması:

İlıq su, instant maya və toz şəkəri yoğurma qabına əlavə edin və qarışdıraraq mayanın körpürməsini gözləyin.

Maya aktivləşəndə əzdiyiniz kartofları, zeytun yağını və yumurtanı əlavə edərək qarışdırın.

3 su st unu və duzu da əlavə edib yoğurmağa başlayın.

Qalan unu da əlavə edərək yaxşıca yoğurun.

Əlinizi və təzgahı unladıqdan sonra xəmiri təzgaha qoyun. Üstünə un səpin və qabın içində 45 dəqiqə - 1 saat arası xəmirin 2 qatına çıxmasını gözləyin.

Mayalanmış xəmiri bıçaqla 10 hissəyə bölün.

İlk kündəni xəfif oxlo ilə açın, əlinizlə yuvarlayın.

Yağlı kağız sərdiyiniz soba listinə 4-5 sm aralıqda düzün.

Xəmirlərin üstünü örtərək 1 saata qədər mayalanmasını gözləyin.

Mayalanmış çörəklərin üsünə əridilmiş kərə yağı çəkin, istəyə görə susam səpin.

İçinə qabda isti su qoyduğunuz və 190 dərəcə isitdiyiniz sobada 15-16 dəqiqə qızarana qədər bişirin.

Bişən çörəklərin üstünü örtüb soyumasını gözləyin.

 



Şərhlər (1)

kifayet9 kifayet9 6 April 2020 12:18 Cavab yaz

Şəkərbura içliyini qoyub bişrmək olar

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика