Koronavirus epidemiyasına görə dünyanın bir çox ölkələrində karantin tətbiq olunur. Şirkətlərin əməkdaşları məsafəli iş rejiminə keçirlər, mağazalar, restoranlar, barlar və digər əyləncə müəssisələri bağlanır.
Lakin karantin yalnız dörd divarın arxasında qapalı qalmaq deyil, həm də vacib məsələlər barədə düşünmək, eləcə də əvvəllər vaxt tapmadığımız bəzi işləri görmək üçün fürsətdir.
Beləliklə, ədəbiyyat sahəsində karantin zamanı əldə edilən bəzi nailiyyətləri təqdim edirik:
1. Aleksandr Puşkin, “Yevgeni Onegin”
Aleksandr Puşkin “Yevgeni Onegin” romanını 1824-cü ildə yazmağa başlayıb, 1832-ci ildə isə bitirib.
Bu əsərin əsasında dəfələrlə film çəkilib, eləcə də opera yazılıb. Lakin az adam bilir ki, 1830-cu ilin payızında Moskvada vəba epidemiyası tüğyan edirdi ki, bu da Puşkini ailə malikanəsinə getməyə məcbur etmişdi. Puşkin klassikaya çevrilmiş və dünya ədəbiyyatının inciləri sırasına daxil olmuş romanını məhz belə bir özünəməxsus təcrid zamanı yazmışdı.
2. Lukian, “Aleksandr və ya saxta peyğəmbər”
Lukian müasir Türkiyənin ərazisində yerləşən Samosata şəhərində anadan olub. O, məşhur dramaturq və satirik idi. Onun əsərlərindən biri olan “Aleksandr və ya saxta peyğəmbər”də həyatlarındakı qarma-qarışıqlıqlara sehrli izah axtaran romalılar lağa qoyulur.
Aleksandr Orta Asiyadan gələn real şəxsin adıdır. Onun barəsində az məlumat var, lakin o, sehrli bacarıqlara malik olduğunu və istənilən xəstəliyi müalicə edə biləcəyini iddia edirdi.
Ona xüsusilə e.ə.165-ci ildə başlayan taun epidemiyası zamanı inanırdılar. Antonin adını alan bu taun Roma imperiyasının bütün ərazisində tüğyan edirdi.
Romalılar özlərini lazımsız əlaqələrdən təcrid etməyə çalışırdılar. Elə həmin zaman Lukian şəfaverici Aleksandr haqqında satirik əsərini yazmışdı.
3. Tomas Mann, “Sehirli dağ”
Bu əsər alman ədəbiyyatının ən gözəl nümunələrindən hesab olunur. Tomas Mannın “Sehirli dağ” əsəri 1924-cü ildə dərc olunub. Kitabda İsveçrənin Alp dağlarındakı vərəm sanatoriyasında müalicə alan qardaşına baş çəkən kişidən danışılır.
Müəllifin özünə bu mövzu yaxın idi, çünki həyat yoldaşı vərəmdən əziyyət çəkirdi. 1912-ci ildə Mann İsveçrə sanatoriyasında həyat yoldaşına baş çəkmişdi. Sonrakı illərdə cütlük tez-tez dünyanın müxtəlif sanatoriya və müəssisələrinin xəstələri olublar. Bu təcrübəsi sayəsində də Mann “Sehrli dağ”ı yaza bilmişdi.
4. Anton Çexov
Çexov ən yaxşı əsərlərini vəba epidemiyası zamanı yazan daha bir rus yazıçısıdır. Belə ki, o, 1892-1899-cu illərdə “Altı saylı palata” və “Qara rahib” kimi məşhur əsərlərini yazıb.
Çexov o zaman öz malikanəsində, demək olar, təklikdə yaşayırdı. Məhz burada o, vəba və aclıqdan əziyyət çəkən yerli sakinlərə kömək edirdi. O, həmçinin həkim işləyirdi. Çexov vərəmdən əziyyət çəkirdi, elə bu xəstəlikdən də 1904-cü ildə dünyasını dəyişmişdi.
5. Con Milton, “İtirilmiş cənnət”
İngilis yazıçısı Con Milton əsasən “İtirilmiş cənnət” əsəri ilə şöhrət qazanmışdı. O, əsəri yazarkən kor olub. 1652-ci ildən 1667-ci ilə qədər o, öz əsərini yazmaqları üçün ailə üzvlərinə və dostlarına diktə edirdi.
1665-1666-cı illərdə Londonda tüğyan edən böyük vəba epidemiyasından qorunmaq üçün onun ailəsi yeni evə köçməli oldu. O, məhz təcrid olunduğu zaman “İtirilmiş cənnət” əsərini ərsəyə gətirib.
6. Covanni Bokkaçço, “Dekameron”
“Dekameron” italyan yazıçısı Covanni Bokkaçço tərəfindən təxminən 1352-1354-cü illərdə yazılmış yüz novella toplusudur.
Kitabdakı hadisələr 1348-ci ilin taun epidemiyası zamanı baş verir. Nəcib nəsildən olan üç kişi və yeddi qadından ibarət qrup epidemiyanın baş aldığı Florensiyanı tərk edərək şəhərdən kənarda yerləşən villada məskunlaşırlar. Karantin dövründə onlar əsərin əsasını təşkil edən 100 hekayəni nəql edirlər.
Hesab edilir ki, Bokkaçço bu əsərini Florensiyada tüğyan edən taun epidemiyası zamanı yazıb. Müəllifin özü də, qəhrəmanları kimi, xəstəlikdən qaçmaq və İtaliya şəhərlərinə səyahət etmək üçün Florensiyanı tərk edib.
7. Vilyam Şekspir
Vilyam Şekspir bütün ömrü boyu taun epidemiyaları ilə üzləşib. Hətta uşaq olarkən Şekspir 1564-cü ildə baş qaldıran taun epidemiyası zamanı sağ qalanlardan biri olub.
Taunun adı Şekspirin bir çox əsərlərində, o cümlədən məşhur “Romeo və Cülyetta” pyesində də çəkilir.
1605-1606-cı illər Şekspirin yaradıcılığın zirvəsi hesab olunur. Belə ki, bu zaman o, “Kral Lir”, “Makbet” və “Antoni və Kleopatra” kimi əsərlərini ərsəyə gətirmişdi.
Ekspertlər hesab edirlər ki, onun məhsuldarlığı bu dövrdə İngiltərədə taun epidemiyasının tüğyan etməsi ilə bağlıdır. Bu zaman Şekspir karantində qalaraq, çoxlu yazmalı olub.
Mənbə: oxu.az
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri