Giriş
Bağla

Gözünüzdəki bu işarələr koronavirusun əlaməti ola bilər

Günün əsas xəbərləri

Gözünüzdəki bu işarələr koronavirusun əlaməti ola bilər


Koronavirus bədənə gözlərdən, burundan və ağızdan daxil olur. Bəs, virusa gözlə yoluxmamaq üçün nə etmək lazımdır? 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Türkiyənin göz xəstəlikləri professoru Banu Coşar bu barədə məlumat verib. O, pandemiyanın 3 şəkildə gözlə yoluxduğunu bildirib:

"Birincisi, xəstə insan öskürdükdə, və ya asqırdıqda onun tüpürcəkləri digər insanın üzünə, gözünə düşə, bununla da bədənə daxil ola bilər. İkincisi, göz yaş ilə. Göz yaşına düşən infeksiya. Üçüncüsü isə virusun olduğu bir əşyaya toxunduqdan sonra əlləri gözlərə aparmaqla".

Həkimin sözlərinə görə, koronavirus gözlərə düşdükdən sonra “konjonktivit” deyilən qızartılıqla özünü biruzə verir. Göz yolu ilə virusa yoluxmamaq üçün isə eynəkdən istifadə məsləhət görülür. Eyni zamanda gözünüz qaşınırsa, əllərinizi yumadan ona toxunmayın



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика