Giriş
Bağla

Bananlı pambıq tort (foto-resept)

MƏTBƏX / Tortlar

 

Tərkibi:

 

arası və üstü üçün:

2 ədəd orta boy banan

 

islatmaq üçün

1 çay st soyuq süd

 

keks üçün:

1 çay st duru yağ

3 ədəd yumurta

1 su st süd

1,5 qəhvə fincanı toz şəkər

1 su st nişasta

1,5 su st un

1 paket vanil

1 ç/q qabartma tozu

 

Kremi üçün:

3 su st süd

3/4 su st toz şəkər

2 y/q nişasta

2 y/q un

1 paket krem şanti

 

(hazırladığınız tortu soyuducuda ən az 2 saat, ən çox 1 gün saxlayın.)

 

Hazırlanması:

 

Keksi hazırlamaq üçün:

Şəkər və yumurtanı qabın içində şəkər əriyənə qədər yaxşıca çırpın.

Sonra un, nişasta, qabartma tozu xaric bütün ərzaqları əlavə edərək yenidən çırpın. Üstünə un, nişasta və qabartma tozunu əlavə edin. Qarışdırın. Yağlanmış unlanmış keks qəlibinə tökün, 170 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə qədər bişməyə qoyun.

Kremi üçün:

Krem şanti xaric bütün ərzaqları qazanın içinə qoyun. Qarışdıraraq bişirməyə başlayın.  Sonra krem şantini əlavə edin. Krem hazır olanda qazın üstündən götürün və soyumağa qoyun. Arada qarışdırmağı unutmayın.

Kekinizi sobadan çıxardıqdan sonra üstünə soyuq süd gəzdirərək isladın. Otaq istiliyində soyumağa qoyun və südü yaxşıca əmməsini gözləyin. 

Bananlı pambıq tort (foto-resept)

Soyuyan kekinizi hamarlayın. Üst hissəsini düzəldin. Ortadan iki yerə bölün. Ortasına krem çəkin. 1 ədəd bananı dilimləyərək ortasına düzün. Keksin digər yarısını da üstünə oturdun. Qalan kremi keksin hər yerinə yayın. Üstünü örtün soyuducuda ən az 2 saat saxlayın.

Servis etmədən əvvəl üstünə və qıraqlarına banan, şokolad sousu, bisküvit qırıntıları və fındıq düzə bilərsiniz.

Bananlı pambıq tort (foto-resept)



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика