Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib. Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.
Uşaqların həzm sistemi 14 yaşına kimi formalaşır, ona görə onların qidalanması böyüklərdən fərqli olmalıdır.
Çox valideynlər uşaq 9-10 yaşına keçən kimi elə ailəvi kim nə yeyirsə, eyni yeməkləri uşaqlara verir. Bir çoxları isə 5 yaşına kimi uşaqlarına market və apteklərdə üzərində GMO-suz, uşaqlar üçün, 100 % orqanik sözü yazılan istənilən qidanı alır.
Böyüklər təhlükəsiz qida ilə bağlı bilgilərə malik olmadığından, dəb ardıyca qaçır. Məsələn, faydalı bildiyiniz meyvə şirələri, xüsusən mağazada satılanlar, üzərində yalnız uşaqlar üçün yazılsa belə, uşaq orqanizminə faydalı deyil.
Hazır meyvə şirələri
Paketlərdə satılan, 3-4 aylıqdan tutmuş 3 yaşına kimi uşaqlar üçün xüsusi istehsal olunan meyvə şirələri çox zaman rəngsiz, kimyəvi qatqısız olur. Hətta istehsalçılar şirənin tərkibinə vitaminlər də əlavə edir. Bütün bunlar cəlbedici görünə bilər, amma uşaq üçün faydalı deyil. Çünki bu qidada şəkər, karbohidrat çoxdur, sellüloza isə yoxdur.
300 ml-lik portağal şirəsində 50 qr şəkər var. Halbuki bu miqdar böyüklərin gündəlik şəkər normasıdır. 2-8 yaşlı uşaqlar üçünsə norma 25 qramdır. Uşağın təkcə 1-2 stəkan şirə ilə normanı doldurması, daha sonra əlavə qidalarla şəkər alması onu hansı vəziyyətə gətirir?Bu o demək deyil ki, meyvə şirələrindən imtina etmək lazımdır. Meyvə və tərəvəzdən şirəni evdə təzə-təzə hazırlayıb, bir qədər su əlavə edib, içmək lazımdır.
Dişləri olan uşaqlara isə meyvəni qabığı ilə özünü yeməsini öyrədin. Çünki yalnız bu halda meyvədəki süllulozanı orqanizm mənimsəyir. Cola, Fanta kimi şirin qazlı içkilərdə də bir paket meyvə şirəsindəki qədər şəkər var. Bu içkilər də uşaqlara qadağandır. Bu içkilər maddələr mübadiləsi, immun sistem, ürək-damar, beyin üçün zərərlidir. Çox şirə içən uşaqlarda zehni inkişaf zəif olur, piylənmə baş verir, boyu qısa olur.
Kəsmikli, qlazurlu sıroklar
Yalnız və yalnız uşaqlar üçün faydalı olması barədə miflər gəzən bu sıroklar şəkərlə doludur, onda süd demək olar yoxdur. Həddən artıq kalorilidir, tərkibində nişasta, dadlandırıcı, palma yağı, bir çox maddələr var. Ona görə bu qidaları uşaqlara almayın. Süd lazımdırsa, təbii südü qaynadıb verin, kəsmik lazımdırsa, adi kəsmik alın.
Şirin yoqurtlar
Uşağın menyusunda süd məhsulları mütləq olmalıdır. Bunu anlayan istehsalçılar marketləri müxtəlif dadda, rəngdə, hətta hədiyyəli, sürprizli uşaq yoqurtları ilə doldurub. Valideynlər bilməlidir ki, uşaq üçün faydalı yoqurt tərkibində faydalı bakteriyalar çox olan natural yoqurt hesab edilir. Əsl yoqurtun 1 qramında 107 KOE mikroorqanizm olmalıdır. Bunu isə yalnız yoqurtu analizə verdikdə təyin etmək olar. Körpələr üçün içində meyvə olan yoqurtlar məsləhət deyil. Hesablamara görə, 1 qab yoqurtda olan şəkər uşağın sutkalıq şəkər tələbatının 30%-ini təşkil edir. Bu isə çoxdur.
Kərə yağı
Bu yağ uşaq orqanizmi üçün çox ağırdır. Onu yalnız 9 ayından sonra çox az miqdarda qidaya daxil etmək lazımdır. Mağazada satılan kərə yağları isə əslindən çox uzaqdır. İstehsalçılar o yağlara transyağıar, aromatizatorlar, konservant, marqarin qatır. Ona görə övladınız üçün əsl kərə yağı tapmalısız. Uşaq menyusuna 9 aydan sonra yağlılığı 82% olan natural yağ əlavə edilməlidir.
Hazır səhər yeməkləri
İri qutularda hazır səhər yeməkləri tərkibi, qutusu, rəngi, dadı ilə valideynləri cəlb edir. Şirin qarğıdalı, kürəciklər, şokoladlı toplar, müsli – reklam olunmuş məhsuldan başqa bir şey deyil. Tez hazırlanan bu qidalar uşaq üçün faydalı sayılmır.Bu qidalar hazırlananda taxılın üzərindəki qabıq təmizlənir, bu da o ərzağı tamamən faydasız edir. Yaxşı olar ki, özünüz yarma, qarabaşaq, vələmir, qarğıdalı alıb, evdə süddə sıyıq bişirəsiz. Eləcə də uşaq rasionundan süd kokteyllərini çıxarmalısız. Hazır qutularda satılan şirin, südlü, şokoladlı kokteyllər uşağın qanında şəkəri qəfildən artırır. Belə uşaq tez acıyır. Hazır yoqurt və kokteyllər allergik reaksiyalar da verir.
Mannı sıyığı
Mannı yarması sovet dövründən bağça və məktəblərin əvəzolunmaz qidasıdır. Bu qida da faydalı deyil, səhərlər yox, günorta, axşam yeyilə bilər. Mannının tərkibində karbohidrat çoxdur, 70% nişastadan ibarətdir. Sənaye baxımından işlənmiş mannı yarması da zülalını itirir. Xüsusən şəkərlə hazırlanan mannı uşaqda şəkərdən asılılıq yaradır, o doymur, bağırsağı tənbəlləşir. Mannıda çox qlüten var, o ciddi bağırsaq allergiyası yaradır. Mannı 1 yaşından sonra uşaqlara verilə bilər, 10 gündə 1 dəfə.
Popkorn
Bilmirik günəbaxan tumu kimi qarğıdalı partlamasını nə səbəbə icad ediblər, amma qarğıdalı dənələri özü vitaminlərlə zəngin olub, uşaq orqanizmi üçün vacibdir. Lakin bu kinoteatr və yollarda satılan popkorna aid deyil. Termiki hazırlanma zamanı məhsula yağ, şəkər, duz, konservantlar qatılır.100 qr popkornda 550 kkal kalori var. Popkornun tərkibində olan diasetil adlı aromatizator uşaqda səpki, qaşınma, ağciyər zədələnməsi yaradır. Yaxşı olar ki, 5 yaşına qədər uşaqlara popkorn verməyəsiz. Yoxsa o buna alışacaq, dad reseptorları dəyişəcək, normal qidaların dadını bəyənməyəcək.
Soyuq içki və yemək
Tibet tibbinə görə 1 aylıqdan 3 yaşa kimi uşaq orqanizmində elə bir enerji dövr edir ki, o soyuğu xoşlamır. Ona görə qida və içki çox soyuq olmamalıdır. Hətta pomidor-xiyar salatını belə üzərindən ilıq su gəzdirib verin. Yoxsa uşaq orqanizmində, toxumalarında soyuq yel hakim olacaq.Həkimlər də deyir ki, uşaq qulaq-burun boğaz orqanları, mədə və bağırsaq selikli qişası 3 yaşa kimi hələ zəif formalaşdığından, soyuğa həssasdır. Ona görə uşağa yalnız ilıq su, istidən bir az soyuq yemək, hətta soyuq yeməkləri də isidib verməlisiz. Yay olsa da sərin su, buzlu içki, dondurma, soyuq ayran, qarpız, soyuducudan meyvə olmaz.
medicina.az
XƏBƏR LENTİ
Böyük Vətən müharibəsinin 93 yaşlı veteranı təltif olundu
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Ətli pendirli börək (foto-resept)
2017 Amerika Musiqi Mükafatları sahibləri
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Prezident bir qrup hərbi qulluqçunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib - SƏRƏNCAM
Bergüzar Koreldən GÖZLƏNİLMƏZ Etiraf
Havalar soyuyur, yağış yağacaq
Avtomobil
Alişan yoldaşının saçından yazdı-FOTO
Ən qənaətcil superkompüter odur
Beren Saat üzüyünü çıxartdı-FOTO
Rus bölməsi abituriyentlərinin nəzərinə
HAVA necə olacaq?- 6 yanvar
Gələn il əməkhaqlarının və sosial müavinətlərin artırılmasına 600 mln. manatdan çox vəsait ayrılacaq
Siqareti tərgitdikdən sonra qidalanma
Moskvada təyyarə qəzası
Yağ yandıran cəfəri suyu
Görünməyən güzgülər
Məşhur azərbaycanlı yazıçı: "O, böyük adam idi..."
Narın faydası və zərəri
Azərbaycanda internet kəsintisi bank sektoruna təsir edib
Sevgini qoru
HAVA necə olacaq?
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Nazirlik rəsmisi: “Payız aylarında ikinci dalğanın olması ehtimal edilir”
Əlillərə avtomobillər verildi
Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib - RƏSMİ
Uşaqlar yalan danışdıqda necə davranmalı?
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı
Hazal Kayanın dünən doğulan oğlu - FOTO
Vatsapdan YENİLİK
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Uşaqların sosial-psixoloji inkişafı-12
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Aksesuar sevən xanımlar üçün
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Bacı-qardaş davası
Uşağı kimə verməli?
Məşhurların pəhriz siyahıları (1)
“WhatsApp”da YENİLİK!
Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ
Əlvan qızılgül