Giriş
Bağla

Boyun ağrısı üçün idman

SAĞLAMLIQ / Fitnes və pəhriz / Fitness

 

Boynu dincəltmə idmanı

Bu növ idman, gərginliyi azaltmaq üçün boyunumuz hərəkət etdirməyə ehiyac olmasa da, gərgin olan bölgələr üçün əla seçimdir. Sərt yerdə uzanın. Başınızı çiyinlərinizin bərabərliyində dinləmə pozasına gətirin. Başınızı hərəkət etdirmədən təkrar-təkrar nəfəs alıb-verin. Bu hərəkəti 5 dəqiqə ərzində edin.

 

Boyun ağrısı üçün idman

 

 

Yana Döndürmə

Bu məşq ehtiyatla edilməlidir. Boyun ağrısı ilə mübarizə aparmaq üçün təsirlidir. Sadəcə ağrını azaltmır, əzələlər olan iltihabın da qarşısını almağa kömək edir.

Oturacaqda kürəyinizə söykənən formada oturun. Əllərinizi dizlərinizin üstünə qoyun və başınızı sağa çevirin. Bu pozada 2 saniyə dayanın və başlanğıc halına qayıdın. Sonra başınızı sola çevirib eynisini edin. Hər iki tərəf üçün 5 və ya 6 dəfə dönüşləri təkrarlayın.

 

Boyun ağrısı üçün idman

 

 

Dairəvi formada döndürün

Bu məşq stress və pis duruşun əzələlərdə yaratdığı gərginliyi azaltmaq üçündür. Düz yerdə oturun və arxanıza söykənin, əllərinizi ayaqlarınıza qoyun. Boynunuzu mümkün olduqca dartmağa çalışın. Sonra başınızla dairələr cızın. Bunu 8-10 dəfə edin və dincəlin.

 

Boyun ağrısı üçün idman


Şərhlər (1)

Halima Halima 1 April 2020 21:37 Cavab yaz

Məndə də telefona görə boynum ağrıyır

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика