Giriş
Bağla

101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi

Günün əsas xəbərləri

101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi


“Cənab Pi” təxəllüslü 101 yaşlı İtaliya sakini  COVID-19-a qalib gəlib və artıq evində, ailəsi ilə birlikdədir.

Qadin.Net bildirir ki, bu barədə Rimini şəhərinin vitse-meri Qloriya Lizi bildirib

Cənab Pini İtaliyada fenomen adlandırırlar. Belə ki, o, maraqlı həyat yolu ilə yadda qalıb. 

O, 1919-cu ildə ən çox insan ölümünə səbəb olan ispan qripinin (“ispanka”) tüğyan etdiyi bir dövrdə anadan olub. Həm yoluxmuş, həm də ölən insanların sayına görə hətta bu gün də “ispanka”nı bəşəriyyət tarixi boyu qripin ən kütləvi pandemiyası adlandırırlar.

Bir əsr keçdikdən sonra cənab Pi yeni epidemiya ilə qarşılaşsa da, ahıl yaşına baxmayaraq, ona qalib gələ bilib



Şərhlər (1)

Milana.M Milana.M 28 March 2020 10:54 Cavab yaz

“Cənab Pi” təxəllüslü 101 yaşlı İtaliya sakini COVID-19-a qalib gəlib və artıq evində, ailəsi ilə birlikdədir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика