Giriş
Bağla

Makaron salatı (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

4/3 paket makaron

1 y/q duru yağ

10 ədəd xiyar turşusu

2 su st qarnitür (qarışıq)

2 diş sarımsaq

10 şaxə cəfəri

2 su st qatıq

1 su st mayonez

1 çimdik duz 

Makaron salatı (foto-resept)

Hazırlanması:

Konserv qarnitürünüzü süzün və sudan keçirin, sarımsaqları soyun və döyün. Cəfəri və turşuları xıra-xırda doğrayın. Bütün ərzaqları geniş qaba alın.

4/3 paket makaronun içinə duz və duru yağ əlavə edərək qaynar suda 10-15 dəqiqə qaynadıb süzün və soyuq sudan keçirin.

Süzdüyünüz makaronu qarışdırma qabına tökün və üstünə mayonezi, qatığı əlavə edərək yaxşı qarışdırın. Streçlə bağlayıb bir neçə saat gözlədikdən sonra servis edin.

Makaron salatı (foto-resept)

 



Şərhlər (1)

Milana.M Milana.M 27 March 2020 11:16 Cavab yaz

Streçlə bağlayıb bir neçə saat gözlədikdən sonra servis edin.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика