Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlanıb.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub
XƏBƏR LENTİ
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar
WhatsApp-da Yenilik
Musiqilər zehnimizdə niyə təkrarlanır?
Hər kəs Eser Yenenlerin TOYundan danışır-FOTO
Qərb Rusiyanı vurdu, zərbə Türkiyəyə dəydi
Hamiləlik dövründə necə qidalanmalı?
Saç tökülməsi və yağlı saçlar üçün maska
Ramazanın 16-cı gününün duası
İnanclar
Yağışdan da elektrik alınacaq
Türk pizzası (foto resept)
Azərbaycanda koronavirusdan ölənlərin sayında yeni rekord
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Vitaminli xörəklər - 6
Dünya Kubokunun simvolik yığması
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Evdə çanta hazırlayaq
İrem Derici hər kəsi təəccübləndirdi
Kəsmikli piroq (video-resept)
Ölü qadının uşağı oldu
Payız fəslinə uyğun ayaqqabılar
Monqol mətbəxindən "Buuz" (foto resept)
Nar "xəstələnib"
Şəkil rəngləməyin inanılmaz faydaları
Metro fəaliyyətini bərpa edir - RƏSMİ
Türkiyə gözəli Burak Özçvitin tərəf müqabili olacaq-FOTO
2019 payız qarderobunuzda nə olmalıdır?
Ermənistan ordusu itki verdi
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Zövqlü mətbəx mebelləri
Culiya Roberts BOŞANIR
Sabah qar qayıdır
Aleyna bikinili FOTOsunu paylaşdı
Hazal Kayaya ad günü surprizi-FOTO
Hicablı xanımlar üçün geyimlər
Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Qadınlar və kişilər
Bu ölkədə 98 faiz xəstə koronadan dərmansız sağalır - Açıqlama
Saqqalını qırxdı davaya səbəb oldu-FOTO
Ordumuz şəhid verdi
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Mehmet Ali Erbil 63 gündən sonra komadan ayıldı-FOTO
Brüsseldə NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilir
Sabahın HAVAsı
Biz niyə bizi istəməyən insanlara asılıb qalırıq?
Günün ulduz falı