Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb-yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Baharın rəng trendi
Elektrik sobasını təmizləməyin ən sadə yolu
"ASAN xidmət"də yenilik
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
HAVA necə olacaq?- 5 fevral
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
"Şrek" qərarını verdi
Yumurta XƏBƏRDARLIДћI
Yam-yaşıl ada
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-nın sisteminə daxil ediləcək
2019-cu ildə Facebook-u nə gözləyir?
Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi - VİDEO
Deputatlar hansı telefondan istifadə edirlər?
Qısa saçlar üçün saç yığma modelləri
Yayda təbiətin gözəlliyi
Qəhramanların qeyri adi qorxuları...
Dünyaca məşhur serialın filmi çəkilir – VİDEO
Saçlarınız üçün faydalı maskalar
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Bunlar kişilər üçün zərərlidir
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
Topladığı qəpiklər sayəsində “Cek pot” uddu
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO
2010-cu ilin 10 ən gözəl qadını
Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Gürcüstanda qəza: Azərbaycan səfirliyinin birinci katibinin qızı xəsarət alıb
Məşhur modellər ilk dəfə səhnədə necə görünürdülər?
"Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Mehriban Əliyevaya orden verildi
“Facebook” qocalır
Gürcüstanı su basdı
Gözəl sırğalar
Ayaqqabılar
Uşağınız tez-tez ağlayırsa...
Devid Bekhem ilk dəfə filmə çəkildi
Şamı (foto resept)
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Azərbaycanda zəlzələ oldu
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Hava haqqında
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Məşhur aktrisa sosial mediadan imtina etdi
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ