Tərkibi:
1,5 kq-lıq məcməyi üçün lazım olan ərzaqlar:
xəmir:
Un - 6 st.
Yumurta - 4 ədəd
Kərə yağı - 100 qr
Xama - 200 qr
Gülab
iç:
Qoz - 1200 qr
Badam - 300 qr
Şəkər tozu - 1 kq
Hil
şərbət:
Şəkər tozu - 500 qr
Gülab - 1,5 st.
Limon - 1 dilim
Zəfəran
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu bir qaba ələyib, üzərinə xəmir üçün lazım olan bütün ərzağı töküb yumşaq xəmir yoğurun.
Şərbətin hazırlanması üçün gülab ilə şəkər tozunu bir qazana töküb qaynadın. 10-15 dəqiqə qaynadıqdan sonra içinə bir dilim limon əlavə edin ki, şirə xarlamasın və soyuması üçün kənarda qoyun.
Paxlavanın içini hazırlamaq üçün əvvəlcə qozu qovurub, qabığını təmizlədikdən sonra qozçəkən maşından keçirib üzərinə şəkər tozu və toz halında olan hil əlavə edib qarışdırın. Kərə yağını əridin.
Yoğurduğunuz xəmirdən 15 kündə tutun. Kündənin ikisi digərlərinə nisbətən bir az böyük ölçüdə (alt və üst lay üçün), qalanları balaca olmalıdır.
Böyük kündədən birini göturub qalın yuxa yayın. Məcməyini kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa qabın kənarlarından çıxmalıdır. Tavaya sərdiyiniz yuxanı yağlayıb üzərindən ikinci - balaca kündədən yaydığınız yuxanı qoyun. İkinci yuxanı yağlayıb içdən bir az tökün. Bu qayda ilə bütün qatları düzün. Sonuncu qatı da birincidə etdiyiniz kimi, kiçik yuxadan sonra yağlayıb içlik tökmədən üstündən kənarda saxladığınız böyük kündənin yuxasını sərib, tavanın yanlarındakı xəmirləri bərkidin. Paxlavanı iti bıçaqla eni 4, uzunu 10 sm olmaqla romb şəklində kəsin. Kəsilmiş paxlavanın üstünə ya qənnadı rəngi ilə yumurta sarısı qarışığı, ya da zəfəran suyu ilə yumurta sarısı qarışığını çəkin. Sonra paxlavanın uc hissələrinə xaş-xaş, mərkəzinə isə badam və ya qoz ləpələri düzərək bəzəyin.
Məcməyinin üstünü örtüb əvvəlcədən hazırlanmış ocağa qoyun. Yaxşı olar ki, ocağın közü kənarlara çəkilsin ki, istisi şirniyyatın altını yandırmasın. Bu qayda ilə paxlava vam odda bişir. Buğ çıxanda kəsilmiş aralarına ilıq yağ əlavə edin. Şirniyyat təxminən 50 dəqiqə - içərisindəki şəkər tozu əriyincə vam odda bişməlidir. Hazır olmağa az qalmış ilıq şərbəti üzərinə əlavə edib, 5 dəqiqə daha ocaqda saxlayıb kənara çəkin. Paxlava hazır olduqdan sonra şirəsini özünə çəkməsi üçün 1-2 saat gözləyib, sonra məcməyidən çıxarmaq olar.
Nuş olsun!
XƏBƏR LENTİ
Qaşıqla üz masajı
Həcc mərasimində 1400 il sonra yeni qayda - FOTO/VİDEO
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
2017-ci ilin ən yaxşı smartfonları
Bakının yol polisi sürücülərə və piyadalara müraciət etdi
Bu gün məktəblərdə "Son zəng" çalınır
Ermənilər bizdən üzr tələb edirlər
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
Həkimlərdən qorxulu xəbərdarlıq
Ölkələrə görə insanlar
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Arıqladan detoks
Labirint-6
"R" hərfi olmayan aylarda niyə balıq yemək olmaz?
Mirşahin Ağayev koronavirusa yoluxdu
“Papito” ilə tanınan Seeya Bakıda klip çəkdi-VİDEO
Cennifer Lopez açıqlaması ilə SƏS-Küy yaratdı
"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - FOTO
“Çukur”da yeni aktyor
Ziyafət ayaqqabıları
Çətin və yaddaqalan şifrələri necə yaratmalı?
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Kalsium çatışmazlığının göstəriciləri
Düşmənin zabit heyətini aparan maşın məhv edildi - VİDEO
Pendirli sarımsaqlı toplar (foto resept)
Zaç Posendən yeni kolleksiya
12 il komada qaldı, ayılanda anasının bu sözlərini xatırladı: "Ümid edirəm ki, öləcəksən" - VİDEO
Dövlət qulluğu vəzifələrində işləmək istəyənlərin diqqətinə
Nazir: “Süni mayalanma mərkəzləri 2-3 aya istifadəyə veriləcək”
Gözəl görünüşlü boyunbağılar
"Şellak" sonrası dırnaq bərpası
Dünyanın sonu-1
Benzinin qiyməti niyə qalxdı?
Aygün izləyicilərinə səsləndi: "Məni söyün, təhqir edin"
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
Qış ayaqqabıları
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Xərçəngin boyun uzun olması ilə əlaqəsı varmı?
Beren Saat bir dəri, bir sümük qalıb - FOTO
Heyva dolması (foto-resept)
Kəpəklə mübarizə
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Günün qoroskopu:Məqsədli olun!
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Nəmliyini itirən saçlar üçün maska
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Ailə büdcəsi proqramı
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
- ŞƏRHLƏR