Giriş
Bağla

Şəkərbura (foto-resept)

MƏTBƏX / Şirin xəmir işləri

 

Tərkibi:

 

xəmir üçün:

Un - 1 kq

Yağ - 160 q

Xama - 160 q

Yumurta - 3 ədəd

Maya - 10 q

Vanil - 5 ədəd

 

içlik:

Badam -1 kq

Şəkər tozu - 1 kq

Vanil, hil

 

Hazırlanması:

 

Təmizlənmiş, qovrulmuş badamı qozçəkən maşından keçirib, şəkər tozu və hil vuraraq qarışdırın.

Unu yağla yaxşıca döyüb üzərinə xama, maya, yumurta sarısını əlavə edərək xəmir yoğurun. Xəmiri soyuducuda 30 dəqiqə saxladıqdan sonra 60 q-lıq kündələrə bölün (yəni kiçik limon böyüklüyündə). Kündələri soyuducudan bir-bir çıxararaq diametri 10-12 sm ölçüdə dairələr yayın. Bu dairələrin arasına iç qoyub, dairənin qıraqlarını yaxşıca bir-birinə yapışdırın və kanarlarını vintvari formada bükün. Üzərinə qənnadı maqqaşı ilə istənilən formalı naxışlar vurmaq olar.

Şəkərbura (foto-resept)

Şəkərburanı bəzədikdən sonra bişərkən şişib içərisinin boş qalmaması üçün bir neçə yerdən iynə ilə deşmək lazımdır. İsti sobada 10-15 dəqiqə müddətində üstü qızarmamaq şərti ilə bişirin.

Şəkərbura (foto-resept)



Şərhlər (2)

Halima Halima 14 March 2020 11:26 Cavab yaz

Mən nə axmaq olmuşam durub süd vurmuşam
Milana.M Milana.M 14 March 2020 11:19 Cavab yaz

Artıq bayrama yaxınlaşırıq.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика