Bakı məktəblərinin I sinfinə 9831 uşaq elektron sistemdə (www.mektebeqebul.edu.az) qeydiyyatdan keçib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu rəqəm bu gün saat 13:00-a olan məlumatdır.
2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da, paytaxt üzrə I sinfə ümumilikdə 34 553 uşaq elektron qeydiyyatdan keçib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.
2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən etibarən təşkil olunacaq.
Elektron sistem vasitəsilə özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir.
Qeyd edək ki, bu ildən ölkə üzrə ümumi təhsil müəssisələrində I sinfə şagird qəbulu elektron qaydada həyata keçirilir. I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir
XƏBƏR LENTİ
Yanmış tavanı necə təmizləməli?
HAVA necə olacaq?- 27 MART
Baha qiymətə satılan qeyri-adi əşyalar
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Azərbaycan neçə medal qazana bilər?
Xərçənglə mübarizədə vacib kəşf
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Mavi çayın faydası və zərəri
Robot beyin əməliyyatı həyata keçirdi - Dünyada ilk
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Mədəsindən 8 kq pul çıxdı – FOTO
İspan dili 21-ci dərs
Cəbhədə atəş səsləri səngiyib
Carnival Row-un fraqmentləri yayımlandı - VİDEO
2018-in ən maraqlı romantik komediya filmləri
Universitetlərdə kredit sistemi ilə tədrisin təşkili qaydaları təsdiqləndi
Cariyələrin kosmetika qabında nələr olurdu? (1)
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Qırmızı rəngi sevənlər üçün
Şaftalının faydalarını öyrənək.
Dölün inkişaf etapları
Tibbi sığortaya az qaldı
Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu
Rəqəmləri birləşdir-1
Hicablı deputatların sayı artır
"Bu, Qarabağ üçün intihardır"
Azərbaycana qar yağıb
İlin mühərrikləri seçildi
Dəbli qış ayaqqabıları
Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Otağınıza uyğun xalılar
Kanadalı rəssamdan mənzərə rəsmləri
Yay fəslinin klassik geyim tərzi
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Hər qadın bunları bilməlidir
Bakıya gəlməyə daha ehtiyac qalmadı
Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA
Bu gün Yaşar Nurinin doğum günüdür
Leyla Əliyeva və oğlu Rusiyanın mətbəx verilişinə çəkildi - Video
Hörgülü piroq (foto resept)
Nevrozu necə müalicə etmək olar?
İŞİD Türkiyəyə girdi
Bakı bulvarı tamamilə internetləşdiriləcək
Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama
Nazir mobil telefon söhbətinə son qoydu