Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.
Qadin.Net bildirir ki, oxu.az-ın məlumatına görə, bu barədə ali təhsil müəssisələrinin rəhbərlərinə təlimat məktubu göndərilib.
Məktub təhsil nazirinin müavini Firudun Qurbanov tərəfindən imzalanıb.
Qeyd edilib ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlansın və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin (15 gün - iki həftə artırılsın).
Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilir və 15 iyun -13 iyul tarixlərində keçirilir.
Həmçinin, ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməməli, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılmalıdır.
“Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyun ayının 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdirilməlidir və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılmalıdır
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR