Giriş
Bağla

Alman tortu (foto-resept)

MƏTBƏX / Tortlar

 

Tərkibi:

 

keks:

2 ədəd yumurta (otaq istiliyində)

2 y/q marqarin

1 çay st şəkər

1 çat st süd

3 çay st ələnmiş un

1paket qabartma tozu

 

Krem üçün:

2 su st süd

1 ədəd yumurta

2 y/q un

2 y/q toz şəkər

1 ç/q marqarin

1 paket vanil

 

Hazırlanması: 

Otaq istiliyində yumurta və şəkər qar kimi olana qədər çırpın.

Daha sonra un, marqarin, süd və qabartma tozu əlavə edərək xəmiri hazırlayın. 

Xəmiri yuvarlaq keks qəlibinə tökərək 170 dərəcədə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə bişirin.

Kek bişərkən marqarin və vanil xaric krem ərzaqlarını kiçik qazana əlavə edin.

Alman tortu (foto-resept)

Qaynayana qədər qarışdıraraq bişirin. Krem qaynadıqda marqarin və vanil əlavə edib soyumağa qoyun. 

Bişən keksin soyumasını gözlərin, soyuyan keksi iki yerə bölün və içlərinə kremini əlavə edərək üstünə pudra şəkəri səpin.

Alman tortu (foto-resept)

 

 



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика