Giriş
Bağla

Toyuqlu plov (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

4 ədəd toyuq budu

6 su st su

1 ədəd soğan

1 ədəd orta boy kök

 

plov:

 

2 su st düyü

3 su st toyuq suyu

2 y/q kərə yağı

duz

istiot

 

Hazırlanması:

Toyuq budlarını orta boy qazana əlavə edin. Üstünə soyduğunuz 1 ədəd soğanı, doğradığınız kökü və suyu əlavə edərək toyuqlar yumşalana qədər qaynadın.

Toyuqlar qaynayana kimi düyüləri 1-2 dəfə suda yuyub süzün, biraz duz əlavə edib 15 dəqiqə suda saxlayın.

Qaynadılmış toyuq budlarını, kök və soğanı süzgəclə qazandan çıxarın və qazın dərəcəsini aşağı salaraq toyuq suyunu qaynatmağa davam edin. Toyuq budlarının dərilərini çıxarıb əlinizlə didin.

Düyüləri süzün və 2 yemək qaşığı kərə yağılı orta boy qazana əlavə edin. Düyülər şəfaflaşmağa başladıqda üstünə 3 su st toyuq suyunu, duzu və diddiyiniz toyuq ətini əlavə edərək qarışdırın.

Toyuqlu plov (foto-resept)

Qazanın qapağını örtün, düyü göz-göz olana qədər orta dərəcədə bişirin.

Üstü göz-göz olanda qazın dərəcəsini azaldın və suyunu çəkənə qədər aşağı dərəcədə bişirin.

Qazı söndürün, bişən plovun qapağını açın və qazanın üstünə kağız dəsmal sərərək qapağı yenidən örtün.

10-15 dəqiqə dəmlənən plovu servis edin.

Toyuqlu plov (foto-resept)



Şərhlər (1)

Ayla Ayla 7 March 2020 18:34 Cavab yaz

yaxsi gorsendi men de pamidorsuz asi sevmirem

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика