Giriş
Bağla

İdman etməyənlər üçün dartınma hərəkətləri

SAĞLAMLIQ / Fitnes və pəhriz / Fitness

 

1. Boyun bölgəsini dartmaq üçün

Dartınma hərəkətləri edə biləcəyiniz düz yerdə oturun və başınızı əvvəl önə-arxaya, sonra sağa-sola əyərək hərəkət etdirin. Ancaq  boynunuzu yana çevirdikdən sonra geri qayıdarkən qarşıya doğruya baxmağı unutmayın. Hərəkəti edərkən tələsməyin.

 

İdman etməyənlər üçün dartınma hərəkətləri

 

 

2. Çiyin bölgəsini dartma

Boyun hərəkətindən sonra yerinizdən heç qalxmadan çiyin üçün olan dartınma hərəkətinə keçə bilərsiniz. Dartdığınız qolunuzu tam zidd, yəni digər sinənizə tərəf yaxınlaşdırın. Digər qolunuzla dəstək olmağı unutmayın. Eyni hərəkəti digər qolunuza tətbiq edin.

 

İdman etməyənlər üçün dartınma hərəkətləri

 

 

3. Kürək bölgəsi üçün

Ofis işçiləri üçün vacib sayılır. Oturduğunuz yerdə qollarınızı qabağa doğru uzadın. Ovuc içiniz iləriyə baxacaq formada əllərinizi və barmaqlarınızı bir-birinə keçirin. Bu hərəkəti edərkən əzələlərinizin dartıldığını hiss etməlisiniz.

 

İdman etməyənlər üçün dartınma hərəkətləri


Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика