Giriş
Bağla

Qozun sağlamlığımıza faydaları

Sağlamlıq / Düzgün qidalanma

 

Sağlam ürək

Yüksək xolesterin səviyyəsi ürək problemlərinə səbəb olur. Qoz, bədənimiz üçün zərərli olan LDL xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Bəzi araşdırmalar qozun qan təzyiqini də aşağı saldığını göstərir. Bu da infarkt, iflic kimi xəstəliklərinin riskini azaldır. 

 

Qozun sağlamlığımıza faydaları

 

 

Artıq çəkidən xilas olmaq

2010-cu ildə aparılan araşdırmada, nizamlı olaraq qoz ilə qidalanan insanlar istirahət edəndə belə kalori itirdiklərini göstərdi. Həmçinin gündəlik olaraq qoz yeyənlərin, yeməyənlərə görə daha çox çəki atdıqları öyrənildi. Qoz ayrıca iştah nizamlanmasında da köməklik edir.

 

Qozun sağlamlığımıza faydaları

 

 

Aşağı diabet riski

Artıq çəkili insanların daha yüksək qan şəkərinə  sahib olma nisbəti yüksəkdir. Qoz, çəki probleminə kömək edərək kökəlmənin qarşısını alır və diabet riskini azaldır. 2016-cı ildə aparılan araşdırmada, qozun tərkibindəki yağ, qan şəkərini normallaşdırdığı açıqlandı.

 

Qozun sağlamlığımıza faydaları

 

 

Güclü sümüklər

Qoz mis bənbəyidir. Bu mineralın kifayət qədər qəbul edilməməsində osteoporoz riskini artırır. Bu da sümüklərin daha nazikləşdirərək qırılmasına səbəb olur. Qozda olan digər mineral da sümüklərimiz üçün əhəmiyyətli olan maqneziumdur. Maqnezium, bədəndə kalsiumun daha yaxşı həll olunmasına kömək edir.

 

Qozun sağlamlığımıza faydaları

 



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика