Giriş
Bağla

Qadın (şeir)

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

Qadın (şeir)

Saçının hər teli sığala həsrət,

Saçını həsrətlə darayan qadın.

Alıb ümidini gedən adamı,

Gələn qaraltıda arayan qadın.

 

Verirsən yuxunu nəzir gecələr,

Ruhun otaq-otaq gəzir gecələr,

Yatağın boş yeri küsür gecələr,

Yatmadan sabaha oyanan qadın.

 

Qalxandı hissinə yenə ismətin

Dözürsən olsa da çətindən çətin

Güzgüyə baxmaq da vallah, möhnətin

Özüyçün hər gecə soyunan qadın.

 

Gülümsə, məcbursan hər gün gülməyə,

Qayğısız, bəxtəvər, şad görünməyə.

Onsuz da hazırsan hər gün ölməyə

Əcəl qapısında dayanan qadın.

 

Fərqanə Yusifqızı

 

 

 




Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика