“Bəzi regionların dövlət xəstəxanalarında tibb fakültələrinin açılması üçün hökumətə müəyyən təkliflər hazırlamışıq”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Z.Əliyevin sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır:
“Rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır. Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik.
Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra karyeralarını qurmağa can atır. Təəssüf ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiya edici təkliflər irəli sürmək istəyirik. Bu istiqamətdə bir qrup tələbə ilə danışıqlar artıq aparılıb”.
Z.Əliyev onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:
“Biz bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim-kadr çatışmazlığı var, avadanlıqlar lazımi səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müayinə və müalicə aparmaqda çətinlik çəkirlər”
XƏBƏR LENTİ
Deniz Akkaya və Seren Serengil polisə müraciət etdilər
Məşhur aktrisa ana oldu-FOTO
Balıq küküsü (foto resept)
Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar
Mobil telefonların işığı altında ürək əməliyyatı
“5 il ərzində, bəlkə də tez bütün kənd yolları qurulacaq”
Bakıda daha bir park istifadəyə verildi
Dəbdəbəli platformlar
Yaponların bu ixtirası hər kəsi QƏZƏBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Ağızda dağılan ekler (foto-resept)
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Pul ilə aranız necədir? (test)
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Naxçıvan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Dərinizi payıza hazırlayın
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Dollarda rekord bahalaşma
Xaricə axan beynimiz
"5 il əvvəl, Yeni ildə həyatım tamamilə dəyişdi" - Kənan - FOTO
Hollywood ulduzları hansı çantalardan istifadə edir?
Ev alqı-satqısında yenilik
Məşhur aktrisa xəyanətlə üzləşdi-FOTO
Monqollar qışı bayram edirlər
Ölümünüzə 14 il, 3 ay, 8 gün qaldı...
Sakit və rahat yatmaq üçün
Naxçıvanda orduya əmr verildi
Bakıda ilkin mənzil bazarında qiymətlər necədir?
Zerrin Özər 48 saatlıq evlilikdən sonra boşandığı əri ilə barışdı-FOTO
2011-ci ilin moda dünyası
Nazirlik hərəkətə keçdi
Günün ulduz falı - 23.01.2014
Cennifer Lopez oğurluqda ittiham edilir
Ancelina Colini gizli agent hesab edirlər-FOTO
Çin qəbiləsinin qadınları-FOTO
Hərbi vəziyyət elan olunur?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Yeni dərs ilinin başlaması ilə bağlı AÇIQLAMA - Valideynlərə müraciət
Ədviyyatlar
19 yaşlı gənc elə rekord vurdu ki..
Valideyn olduqdan əvvəl və sonra
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Meyvə-tərəvəzləri belə görmüşdünüzmü?
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan olundu
Bakıda ən hündür yolka harada qurulacaq?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"