Giriş
Bağla

Sosisli makaron (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

1 paket sosiska (10 ədəd uzun sosis)

4 ədəd pomidor

1 yemək qaşığı tomat pastası

1 yemək qaşığı marqarin

1 yemək qaşığı duru yağ

Duz

 

Makaron üçün:

1 paket makaron

1,5 litr su

Duz

 

Hazırlanması:

1. Sosiskaları 2-3 sm uzunluğunda doğrayın. Pomidorları sürtgəcdən keçirin.

 

Sosisli makaron (foto-resept)

 

 

2. Qazana marqarin və duru yağı əlavə edin. Üstünə tomat və sürtgəcdən keçirilmiş pomidorları əlavə edin.

 

Sosisli makaron (foto-resept)

 

 

3. Sosiskaları əlavə edib az dərəcədə 10-12 dəqiqə bişirin.

4. Damaq dadınıza görə 8- 10 dəqiqə qaynatdığınız makaronu servis boşqablarına əlavə edin. Üzərinə bişirdiyiniz pomidorlu sosiskalardan əlavə edin.

 

Sosisli makaron (foto-resept)

 



Şərhlər (1)

Feride45 Feride45 19 February 2020 17:30 Cavab yaz

Off axrinci sekil adami deli eliyer nyam

Off axrinci sekil adami deli eliyer nyam

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика