ÖYRƏTMƏ ÖZÜNƏ,ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb-yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Azərbaycanda "Müstəqil Azərbaycan tarixi"nin tədrisinə başlanıldı
Ətirlər haqqında bilmədiklərimiz
Qanvermənin faydaları
Mayami ABŞ-ın ən bədbəxt şəhəri hesab edilib
Trend: Narıncı gözlər
Xəstəliklərə qarşı likopen
İzləyicisi Bensu Soralı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Taxt oyunları”nın aktyoru vəfat edib
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Ərdoğanın oğlu həbs edilə bilər
Çou Yun-Fat 722 milyon dollar bağışladı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür
Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ
Ağciyərləri təmizləyən ərzaqlar
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Bəzi gözəllik salonları xəstəlik mənbəyidir
Məntiqi riyazi təfəkkür testi
Sənədli filmlər həftəsi ilə bağlı mətbuat konfransı keçirilib
İdeal sevgili
Payız üçün koftalar
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
Azərbaycanlı idmançılar 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazandılar
Bu eynək yorğunluqdan xəbər verir
İsti günlər gəlir
Dəhşətli hadisələrə 5 AY QALDI: Kütləvi ölümlər gəlir - Türkiyənin məşhur astroloqu
BÜRCLƏR bizə nə vəd edir?-22 Sentyabr
Ən böyük brilliant satıldı
Azərbaycanda kişilər və qadınlar daha çox hansı yaşlarda nikaha girirlər?
HAVA necə olacaq?-31 MAY
Neon dırnaqlar
Qrip müalicə edilməsə, ölümə səbəb ola bilər
2013-cü ilin gündəlik və mərasim geyimləri
Kəsmikli badımcan ruleti (foto resept)
Cəbhədə Ermənistanın dinc əhaliyə atəş açmasına dair cinayət işi açılıb
Əsəbilik, yorğunluk və yuxusuzluq
Varikoz xəsətliyi (3-son)
2016 gəlin saçı
Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi
Südlü göbələk şorbası
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Avtoşların işi çətinləşir: yeni cəzalar
Hollivud ulduzu yaşadığı dəhşətdən danışdı-İLK DƏFƏ
Soyuq çiyələkli ağ çay ( foto resept)
Türk qəhvəsiylə 10 gündə 5 kq arıqladı
Ermənilər dinc dayanmır
Makiyaji incəsənətə çevirən Luna
Qiyməli kartof (foto resept)
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Wi-Fi-ın ziyanı xeyrindən çoxdur - ARAŞDIRMA
- ŞƏRHLƏR