Giriş
Bağla

Toyuqlu gül kələmi salatı (foto-resept)

Mətbəx / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

3 ədəd toyuq budu

1 kiçik gül kələminin yarısı

1 banka qarnitür (kök, yaşıl noxud, kartof qarışıq)

4 y/q qatıq (təpələmə dolu)

3 y/q mayonez 

2 diş sarımsaq

duz

istiot

istəyə görə şüyüd

 

Hazırlanması:

Toyuq budlarını 2 litr suda yaxşıca yumşalana qədər qaynadın.

Gül kələmini qazanda 5-6 dəqiqə qaynadın, süzüb soyuq su dolu qaba qoyun.

Qarnitürü bol sudan keçirin.

Soyuyan toyuqları didin. Gül kələmini kiçik-kiçik parçalara ayırın.

Qarışdırma qabına qatıq, mayonez, əzilmiş sarımsaq, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Toyuqları, gül kələməni, yuyub süzdüyünüz qarnitürü, duz və istiotu qatıqlı mayonezin içinə əlavə edib qarışdırın.

1-2 saat soyuducuda saxlayıb servis edin.

Toyuqlu gül kələmi salatı (foto-resept)

 



Şərhlər (1)

laleler5 laleler5 10 February 2020 16:57 Cavab yaz

Soyuqda salat istemirem nese

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика