Giriş
Bağla

Dietoloqdan həzmi asanlaşdırmağın yolları

SAĞLAMLIQ / Düzgün qidalanma

 

Mədə ağrısı, qıcqırması və digər mədə problemləri ümumi sağlamlıq vəziyyətimizə mənfi təsir göstərir.

 

Türkiyəli dietoloq Yeşim Temel Özcan mədənin vəziyyətini yaxşılaşdıran 7 məsləhət verib.

Dietoloqdan həzmi asanlaşdırmağın yolları

1. Hər yeməkdən əvvəl alma sirkəsi için

 

Mümkünsə, hər yeməkdən əvvəl 1 və ya 2 yemək qaşığı alma sirkəsi için. Fermentləşdirilmiş alma sirkəsi mədə yanğısını aradan qaldırır və azalmış mədə fermentini əvəz edir. Eyni zamanda, təbii dezinfeksiyaedici maddədir və qida maddələri ilə qəbul edilən bakteriyaları məhv edir.

 

2. Çuğundur mədə turşusunu tarazlayır

 

Qaynadılmış və ya turşuya qoyulmuş çuğundur mədə turşusu betain Hcl üçün ən yaxşı mənbədir. Çuğundur öd turşularını da stimullaşdırdığı üçün qəbizliyə çox yaxşı təsir edir. Alma sirkəsi ilə qaynadılmış çuğundur çox faydalıdır.

Dietoloqdan həzmi asanlaşdırmağın yolları

3. Yeməkdən əvvəl və yemək zamanı su içməyin

 

Yeməkdən 15 dəqiqə əvvəl su içməyin. Əgər yediklərinizin yaxşı həzm olunmasını istəyirsinizsə, yeməkdən 40-50 dəqiqə əvvəl su için. Yeməkdən də 1 saat sonra su içməyə icazə verilir. Az mədə turşusu həzmi çətinləşdirir, onun su və ya digər mayelərlə azaldılması isə həzmi daha da çətinləşdirir.

 

4. Tikələri 8-9 dəfə çeynəyin

 

Tikələr hərtərəfli çeynənilməlidir, 8-9 dəfə. Çeynənilmiş qidaları həzm etmək asandır və beyin toxluq siqnalını daha tez göndərir.

 

5. Axşamlar çiy salat yeməyin

Dietoloqdan həzmi asanlaşdırmağın yolları

Axşamlar salata üstünlük verməyin. Xam tərəvəz və meyvələri həzm etmək çətindir. Odur ki, buxarda hazırlanmış, zeytun yağında bişən tərəvəzlərə və ya bankaya qoyulmuş tərəvəzlərə üstünlük verin.

 

6. Kələm suyu için

 

Evdə hazırlanmış turşular bağırsaq florasını və immun sistemini gücləndirən vacib probiotik qidalardır. Yeməkdən əvvəl 1 və ya iki xörək qaşığı evdə hazırlanmış kələm turşunun suyunu içmək olar.

 

7. Xəmir xörəkləri və mayalı məhsulları azaldın

 

Rasionda xəmir və mayalı məhsulları azaldıb protein tərkibli qidalara daha çox üstünlük verin.

 

Aytən Məftun (publika.az)



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика