Satışda saxta kərə yağları var.
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində bu məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.
Eyyub Hüseynov - AİB sədri: "Bu cür saxta markalanmış, bəzən də üzərinə inək şəkli çəkilmiş, istehlakçıları inək şəkilini görüb, natural yazısını oxuyub kərə yağını düşündüyü yağların əksər hallarda heç kərə yağları ilə əlaqəsi olmur".
İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə kərə dadı və qoxusu da verilir.
İsa Əliyev - Qida mühəndisi: "Bitkisəl yağı süd qazanının içinə qoyurlar və onu qaynadırlar. Daha sonra həmin yağı çəkirlər. Və o yağdan artıq südün dadı, tamı gəlir".
Sakin: "Təbii məhsul yoxdur. Yalandan deyirlər ki, kərə yağıdır. Ona görə də xəstəliklər çoxalır"
Sakin: "Hərdən eşidirəm ki, bu satılanlar əsl kərə yağı deyil".
Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidilər.
İsa Əliyev - Qida mühəndisi: "Bu gün bazarda 4-5 manata nehrə yağı və kərə yağı satırlar. Bunlar heç bir şəkildə kərə yağı və nehrə yağı deyil".
Halbuki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 50-60 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri də nəzərə alınmaqla, 10-12 manatdan az olmamalıdır.
Eyyub Hüseynov - AİB sədri: "İstehlakçılar üçün məlumat standartı olmadığından satıcılar istehsalçılar bu cür jestlərlə insanları aldadırlar. Yəni deyir bu, doğurdan da, natural yağdır, əslində isə bitki yağıdır. Südün qiyməti də məlumdur və ondan alınan yağın da qiyməti ortaya çıxır. Təxminən bilmək olur ki, həmin qiymətə kərə yağının satılması normal hal deyil".
Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir.
Bəhruz Qəlbinur - Kulinar: "Baxan kimi, istifadə edən kimi, dadından, qoxusundan, tərkibindən, yumşaqlığından hiss olunur. Məsələn palma tərkibli yağlar toxunanda ərimir. Çünki o bədən temperaturundan yüksək dərəcədə əriyir. Kərə yağı toxunan kimi əriyir. Əl istiliyinə, əl hərarətinə əriyir".
Xatırladaq ki, bu günlərdə AQTA paytaxtdakı məşhur marketlərdən birində "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyini aşkar edib. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Bizim market şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kq məhsulun satışının dayandırılması barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb
XƏBƏR LENTİ
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Energetik içkilər qadağan olundu
Amnesty İnternational İsraili biabır etdi
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi - VİDEO
Bakının bu ərazisində qaz olmayacaq
Sevgini necə gücləndirməli?
O da "Çukur"da olacaq
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Sosial fobiya və ondan azad olmağın yolları.
Şah plov (foto resept)
Ronaldunun sevgilisi də məşhur türk filmi haqqında yazdı - FOTO
Yoqurt yeyin, sağlam olun (I hissə)
Hamilələr üçün vacib qidalar
Dadlı, ləzzətli əl işləri
Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA
Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO
"Fənərbaxça"dan şok addım
NASA kosmosda “robot otel” qurur
Orxidea gülləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dövrə
Yonca haqqında bilmədiklərimiz
Virtual alış-veriş artır
Banan qabığı təbii məlhəmdir
Rahatlıq üçün hazırlanmış mebellər
Unudulmayan Qremmi mükafatı geyimləri
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
İspan dili 3-cü dərs
Barak Obamanın reytinqi rekord səviyyədə düşdü
Filematalogiyanın xeyri
Sağlam hamiləlik keçirmək üçün...
Körpəsi diş çıxaran analara tövsiyələr
HAVA necə olacaq?- 14 fevral
Bu zalım dünyada doğulma...
Ebru Şahin reklam qiymətini artırdı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Facebook-da çoxdan gözlənilən yenilik
Körpə alt təmizliyində əhəmiyyətli 6 nöqtə
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Hava haqqında
Əsgərlər intihar edə bilməyəcək
- ŞƏRHLƏR