Son zamanlar iqlim dəyişmələrindən, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Hazırda qərəzsiz statistikaya əsaslanan yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, statistika planetimizdə tufanların, qasırğaların, sel və daşqın hadisələrinin, quraqlığın, isti və soyuq hava dalğalarının nəzərə çarpacaq dərəcədə artdığını göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktoru Umayra Tağıyeva BAKU.WS-ə bildirib ki, bu gün baş verən anomal iqlim hadisələri daha çox antropogen xarakterlidir, insanın həyat fəaliyyəti ilə bağlıdır:
"Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır. Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Son onilliklərdə ölkəmizdə şaxtalı günlərin sayının azalması fonunda, təbii ki qarlı günlərin sayı da azalır, Bakı üçün nadir hadisə olan qarlı hava demək olar ki müşahidə edilmir.
Ümumilikdə paytaxtda qarlı proseslər arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə bağlıdır. Son illərdə bu dövrlər çox davamlı olmur. Lakin yanvar ayının 24-də belə bir qısamüddətli prosess artıq gözlənilir".
Umayra Tağıyeva əlavə edib ki, bu ilin yanvar ayının birinci və ikinci ongünlüyündə Bakıda şaxtalı hava qeyd edilməyib:
"Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində havaların soyuması proqnozlaşdırılır. Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeronda 24-dən 25-i səhərədək yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək, 0-3° isti olacaq, 25-də gecə isə 2-dək şaxta olacağı gözlənilir.
Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü küləkli olacaq, 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s, 24-də isə şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq.
Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var"
XƏBƏR LENTİ
C vitaminin vacibliyi
Azərbaycanda əl heykəlləri dəbə düşüb - QİYMƏTLƏR
Uzun yay paltarları
Hicablı xanımlar üçün ziyafət donları
Uşağı belə oturanlar, diqqətli olun!
Kitab rekord qiymətə satıldı
“Qalatasaray” da PSJ-nin halına düşdü
Qat-qat xəmirli albalılı pirojna (foto resept)
Həyatdan öyrəndiyim dərslər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
ƏRƏB TOY GEYİMLƏRİ VƏ MAKİYAJLARI
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN
Bir sual yüzlərlə ev yıxdı!
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Coker” üçün 50 milyon dollarlıq təklif
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO
Google İŞİD-ə qarşı müharibəyə başladı
Zəlzələ binalara ziyan vurdu
Rusiya yenidən saatı çəkir
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Keremdən Serenaya EVLİLİK TƏKLİFİ
Sürətli saç uzadan kök maskası
16 yaşlı qızın dadlı əl işi
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq
Ən sürətli saç uzadan maska
Alla Puqaçovanın növbəti əməliyyat istəyi ürəyində qaldı
Günün ulduz falı
Boyuna buz qoymağın faydaları
Azərbaycanda kütləvi kitabxanaların sayı azalır
Alişan doğulacaq oğlunun adını açıqladı-FOTO
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Günümüzün narkotiki şəkər! (2)
Kartof dolması (foto resept)
Nazirlik rüşvət alan direktorla bağlı araşdırmaya başladı
Qadınların fərqli psixalogiyası(2)
WhatsApp-ın yeni sahibi danışdı
Ləziz salat (foto resept)
Kirayə mənzil: problemdən necə qaçmalı?
2013-2014 mövsümü üçün payız-qış kostyumları