Həzrət Siddiqeyi-Kubra (s.ə) bütün dünya insanları üçün örnək həyata malik olmuşdur. Xanımın (s.ə) mübarək həyat tərzi ilə tanış olaq:
1. İctimai həyatı. Xanım (s.ə) kamil bir insan kimi ictimai həyatda fəal olmuşdur və cəmiyyətin böhrana düşdüyü hallarda əlindən gələni etmişdir ki, onu ayaqda saxlasın. Bu sahədə həm atasına və həm də həyat yoldaşına möhkəm dayaq olmuşdur.
2. Xanım (s.ə) - kamil insandır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən sizin üçün iki dəyərli şey buraxıram: biri Quran və o birisi itrətim olan Əhli-Beytdir (ə). Siz o zamana qədər ki, bu ikisinə söykənərsiniz - yolunuzu azmayacaqsınız".
Həzrət Rəsuli-Əkrəm (s) bu hədisdə buyurur ki, Həzrət Zəhra (s.ə) - kamil bir insandır və hər kim onun davamçısı olar - səadət yolunda irəliləmiş olar.
3. İki aləmdə olan qadınların rəhbəri. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Qızım Fatimə (s.ə) - iki aləm qadınlarının rəhbəridir".
4. Qadınların maariflənməsindəki rolu. Besətdən əvvəl ərəblər qadınlarına təhqiramiz rəftarla yanaşardılar. O dövrdə qadına dəyər verilmirdi və onun heyvandan fərqi yox idi. Qadının vəzifəsi ancaq dünyaya övlad gətirmək olmuşdu. Ancaq Həzrət Fatimə (s.ə) bu cahil adət və ənənələrə son qoydu və xanımları bacardığı qədər maarifləndirməyə cəhd etdi. O, ictimai, siyasi, iqtisadi cəhətdən qadınların da cəmiyyətdə iştirak edə biləcəyini öz rəftar və əməlləri ilə bir daha təsdiq etdi.
5. Həzrət Fatimə (s.ə), bir xanımın yerinə yetirməli olduğu mühüm vəzifələri ən ali dərəcədə icra edirdi:
a) Gözəl həyat yoldaşı olmaq. Həzrət Zəhra (s.ə) ev və bayır işlərini Həzrət Əli (ə) ilə bölmüş və boynuna düşən vəzifələri məsuliyyətlə yerinə yetirərdi.
O, həm yaxşı həyat yoldaşı, həm də yaxşı ana idi. İmam Əliyə (ə) buyurur: "Ey Əbul-Həsən! Mən Allahımdan həya edirəm ki, səndən elə şey istəyim ki, onu yerinə yetirməyə qüdrətin olmasın".
b) Kamil övlad tərbiyəsi. Milli.Az deyerler.org-a istinadən bildirir ki, adətən İmam Əli (ə) çox zaman döyüşlərdə və müharibələrdə iştirak edərdi. Ona görə də övlad tərbiyəsi Xanımın (s.ə) üzərinə düşərdi. O, bu məsuliyyətini dərk edərək, elə övladlar yetişdirmişdir ki, heç bir yerdə belə kamil övladlar yetişdirən ana olmamışdır. O, övladlarını həm ruhi cəhətdən və həm də mənəvi cəhətdən tərbiyə edirdi. Onlarla oyun oynayır, əhkamın əsaslarını təlim verirdi. Şeirlərdən istifadə edərək, onların düşünmək qabiliyyətlərini inkişaf etdirirdi. O, şeirlərin birində belə buyurur: "Həsəncan! Atan Əli (ə) kimi ol, haqqın boynunda olan kəndirləri qopart. Ehsan edən Allaha pərəstiş et, düşmən və kinli insanlarla düşmənmçilik etmə!".
c) Mötədil olmaq. Xanım (s.ə) həmişə hər bir mövzularda etidala əməl edərdi. İnsanlar yoxsul yaşadıqları üçün, o da həmin insanlar kimi yaşamağa çalışırdı. Hətta iftar yeməyini belə yoxsullara verirdi.
Ev işləri çox olduğundan Həzrət Peyğəmbər (s) Fizzə adlı xanımı qızına yardım etmək üçün göndərir. Xanım (s.ə) da ev işlərini onunla öz arasında bərabər şəkildə bölür. Salman deyir: "Bir gün gördüm ki, Fatimə (s.ə) özü buğdanı üyüdür. Dedim: "Niyə bu işi sizin yanınızda olan Fizzəyə vermirsiniz?".
O, buyurdu: "Peyğəmbər (s) mənə tövsiyə etmişdir ki, ev işlərini onunla böləm. Dünən onun xidmət etdiyi gün idi, bu gün isə mənim xidmət edəcəyim gündür"".
Allahım, bizləri Həzrət Zəhranı (s.ə) dərk edənlərdən qərar ver!
Milli.Az
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə
- ŞƏRHLƏR