Təsəvvür edin ki, kişi ilə qadını bir-birindən iyirmi addım ayırır. Bu zaman tərəflərdən biri on addım atmalı və dayanmalıdır. Əgər qarşı tərəf səni orda gözləmirsə, on birinci addımı atma, yoxsa on ikinci, on üçüncü və bütün həyatın boyu addımları özün atmalı olacaqsan. Qoy öhdəsinə düşən addımları hər kəs özü atsın.
1. Əksər vaxt daxilən özümüzə yaxın insanı həyatımıza daxil edirik. Ətrafınızdan məmnun deyilsinizsə, öz qəlbinizə nəzər salın. Dost sarıdan bəxtinizin gətirdiyini düşünürsünüzsə, bunun bir səbəbi var, çünki özünüz də beləsiniz. Odur ki, həyatınıza layiqli insan daxil etmək istəyirsinizsə, özünüz də ləyaqətli olun.
2. Nə veririksə, onu da alırıq. Sevgilinizlə onun sizinlə rəftar etməsini istədiyiniz şəkildə davranın.
3. Hamımızın həqiqətən sevgiyə ehtiyacı var. Sevgi - səmimiyyət, incəlik, qayğı, məsuliyyət, etibarlılıq, fədakarlıq və alicənablıq deməkdir. Bu keyfiyyətləri nə qədər çox göstərsək, bunun müqabilində bir o qədər çox şey qazanırıq. Qorxu, qısqanclıq, asılılıq, manipulyasiya, nəzarət, əsassız iddialar və təhqir əlaqələri məhv edən və sevgi ilə heç bir əlaqəsi olmayan təzahürlərdir.
4. Hər bir sözün böyük gücü var. Bir sözlə şəfa verə, digəri ilə öldürə bilərsiniz. Dediklərinizə diqqət edin. Kinayə, təhqir və məzəmmət ürəkdə şəfası çətin tapılan yaralar açır. Bunlar geridönməz təsir göstərir. Hər bir insanın qəlbində rədd olunma qorxusu olan bir uşaq yaşayır. Ona zərər verməkdən qorxun. Sözlərin tükənməz gücündən yalnız xoş iltifat, təsdiq və dəstək məqsədi ilə istifadə edin.
5. Güvən həyatın vacib ünsürüdür. Onsuz insan şübhəli, narahat, əsəbi və qorxu dolu olur, bir başqası özünü emosional tələ içində hiss edir, ona elə gəlir ki, sərbəst nəfəs almağa belə icazə yoxdur. Qısqanclıq təklik qorxusudur, özünə inamsızlıq və hörmətsizlikdir. Güvən, əsl sevginin ayrılmaz hissəsidir.
6. Səmimi olun. Sevgi hərəkətsiz deyil, o ya böyüyən, çiçəklənən, ya da quruyub məhv olan bitki kimidir. Hər şey onunla nə cür rəftar etdiyinizdən asılıdır. Səmimi ünsiyyət su kimidir, suzsuz heç bir bitki yaşaya bilməz. Bir-birinizə arzularınız, münasibətiniz və hissləriniz barədə danışın. Onu sevdiyinizi və qiymətləndirdiyinizi bildirin. Heç vaxt "səni sevirəm" deməkdən qorxmayın. Qarşı tərəfi tərifləməkdən də çəkinməyin. Səmimi tərif bir bitki üçün günəş kimidir, bu, münasibətlərinizə yeni nəfəs gətirəcək.
7. Sevmək hissə-hissə və qeyd-şərtsiz öz duyğularını qarşı tərəfə ötürməkdir. Sevgi almaq istəyirsinizsə, onu ötürməyi də bacarmalısınız. Nə qədər versəniz, bir o qədər çox alarsınız. Eşq bumeranq kimidir, həmişə geri qayıdır. Bu sevgi verdiyiniz adam tərəfdən qayıtmaya bilər, amma dolayı yolla olsa da sizə qayıdacaq. Yüz misli qayıdacaq. Bu halda xatırlamaq vacibdir ki, sevgi ehtiyatı sizdə qeyri-məhduddur. Sevgini ötürməklə itirmirik. Yadda saxlayın ki, içimizdəki sevgini itirməyin yeganə yolu başqalarına verməməkdir. İnsanların nadir hallarda sevməsinin bir səbəbi odur ki, kiminsə onları sevməsini gözləyirlər. Ancaq bu, musiqiçinin "İnsanlar rəqs etməyə başlayanda ifa etməyə başlayacağam” deməsinə bənzəyir. Odun atmadığınız ocaqdan istilik gözləməyin. Xoşbəxt münasibətin gizli düsturu belədir: Həmişə götürə biləcəyiniz şeylərə deyil, nə verə biləcəyinizə diqqət yetirin.
8. Toxunuş, münasibətləri gücləndirən, sevginin əsas təzahürlərindən biridir. Bir insana toxunmaq onun ruhuna toxunmaq deməkdir. Yəqin ki, elə buna görə kimsə bizi incitdiyi zaman: "Mənə toxunma!" deyirik. Sevdiyiniz insanı motiv olmadan belə tez-tez qucaqlayın. Britaniyalı tədqiqatçılar bu barədə klinikada təcrübə aparıb. Baş cərrah suallara cavab vermək və əməliyyatın ümumi mahiyyətini izah etmək üçün əməliyyatdan əvvəl, axşam saatlarında pasientlərin hər birini ziyarət edib. Sınaq zamanı cərrah bir neçə xəstəsinin əlini sıxıb. Həkimin əllərini sıxdığı xəstələr digərlərindən üçqat daha tez sağalıb. Birinə diqqətlə toxunduğumuz zaman həm bizim, həm də onun fiziologiyası dəyişir - stress hormonlarının səviyyəsi azalır, sinir sistemi rahatlaşır, immun sisteminin vəziyyəti, emosional durum yaxşılaşır. Buradan belə bir qənaətə gəlirik ki, gündə 7-8 nəfəri qucaqlamaq xəstəlik riskini azaldır.
9. Kimisə seviriksə, ona azadlıq verməliyik. O, qərar verməkdə sərbəstdir. İstədiyimizi deyil, istədiyi şəkildə yaşamaqda azaddır. Hər birimizin şəxsi bir "sahəyə" ehtiyacı var. İnsanlar münasibətlərdə sərbəst olmalıdırlar, əks halda özlərini tələdə hiss edəcək. Birini həqiqətən sevirsinizsə, onun istəklərinə və ehtiyaclarına hörmət etməlisiniz. Sevdiyiniz insanı azad buraxmaq həmişə asan olmur, amma başqa yol yoxdur. Həyatın hikməti isə deyir: "Başqasına nə qədər çox azadlıq versək, o, bizə bir o qədər yaxın olar".
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Şəkidə böyük inzibati kompleks tikilir
"Rembo" görüntüsü ilə sevənlərini MƏYUS ETDİ-FOTO
Üç yaşınadək uşağı olanlara ŞAD XƏBƏR
Rəssamlıqdan bezən rəssam
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Hər şeyin balacası
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Qurama (Dərs I)
Qışda böyrəkləri necə qorumalı?
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Qadın döyüşçülər belə hazırlanır
Övladınıza ad qoyarkən düşündünüzmü?
Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Şirin rolla (foto resept)
Azərbaycanda koronavirusdan 5 nəfər öldü: 168 yeni yoluxma - RƏSMİ
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
İştahı azaldan bitkilər
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Yeni ixtira telefonu bir neçə saniyəyə şarj etməyə imkan verəcək
Sibel Can İlker Koçu məhkəməyə verdi
Məşhur serialda yenilik-FOTO
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
"Paleo-xəritə"
Hindistan qozlu şokoladlı tort (foto resept)
MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
18 milyon izləyicisi olan sürücü-FOTO
Dəbli koftalar
Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi - RƏSMİ
Ananas tortu (foto resept)
Unutqanlıq nədir?
Miqdarına görə ölümə səbəb olan ərzaqlar
Günün qoroskopu: arzularınızdan birinin reallaşmasına çox az qalıb
Saçlarımız üçün şampun hazırlayaq
Biri birindən gözəl xalçalar
Məşhur aktrisanın toyu oldu-FOTO
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Google Glass dirçəlir
25 ildən sonra "Barsa" "Kral"ın rekordunu vurdu
O kişilərin bəxti gətirdi
Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı
Qar altında qalan şəxs 10 saat sonra xilas edildi
- ŞƏRHLƏR