Ayrılıq
De niyə dalğınsan, dərdin var kimi,
Alıb qucağına fikirlər səni?
Ötən tələbəlik illərinəmi
Şirin xatirələr çəkirlər səni?
Sevdiyin o qızmı düşür yadına?
Nədənsə ilk eşqi unutmur insan.
Utancaq bir səslə bəlkə də ona
Könül açdığını xatırlayırsan?
Söylə, ayrılığı duyurmu ürək?
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək,
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, institutun pillələrində
Mənim də, mənim də izlərim vardır.
Gəzdiyin bu zalın lövhələrində
Hələ silinməmiş sözlərim vardır.
Bəzən mürgüləmiş gecənin özü,
Mən sirdaş olmuşam öz xəyalıma.
Ələyib seçmişəm neçə min sözü,
Cavab tapmaq üçün bir sualıma.
Hərdən düşündükcə çatılır qaşım,
Təhsil illərinin başqadır dadı.
Bu illər ərzində, ey qəlb yoldaşım,
Bizim bir sözümüz ayrı olmadı.
(Bəxtiyar olaram öz istedadım
O gündən bir lövhə yarada bilsə.
Toz-duman içində qoy itsin adım,
İlhamım bir şerə qadir deyilsə.)
Böldük duyğumuzu, şadlığı, qəmi,
Bir oldu fikrimiz, əməllərimiz.
Bu gün, məslək dostu, könül həmdəmi,
Artıq vidalaşır dost əllərimiz.
Duyub ayrılığı çırpınır ürək,
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, düşünmə ki, ayrılırıq biz,
Doğrudur, gün gəlib ötüşəcəkdir.
Bir məna daşıyan saf əməlimiz
Həyat məktəbində görüşəcəkdir.
1954.
ÖTƏN GÜNLƏR
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...
(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)
Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?
Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...
Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...
Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.
Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.
Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.
Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.
Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...
1956.
Məmməd Araz
XƏBƏR LENTİ
Məşhur aktyor öldü
Yaşıl pomidor turşusu (foto-resept)
Magistraturaya qəbul olmaq istəyənlərin diqqətinə
Diz ağrısının səbəbləri
Bir çox kişilərin gizli qorxuları
Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib
Cəhənnəmdən çıxanlar
Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB
Qadın həyatının ideal və real günləri
Google-da nə axtarırlar?
İnanılmaz ölçülər
Dünya düşündüyümüzdən daha çox isinəcək
Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA
Tarif Şurası: "Benzinin qiymətindəki dəyişikliyin yük və sərnişin daşınmasına hər hansı aidiyyəti yoxdur"
Uşaqlara düzgün tərbiyə veririkmi?
Serialdakı geyimlər trendə çevrilir
Hamilə qadın havada ana oldu
BÜRCLƏR bizə nə vəd edir?-17 Sentyabr
Fransanın ən böyük kilsələrindən biri yanır - VİDEO
Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı
İnanılmaz sevgi hekayəsi
İçi doldurulmuş pomidor (foto resept)
Minlərlə insan qorxub: hər tərəf küldür
WhatsAppda YENİLİK!
Fəza təfəkküründən məntiqi sual(2)
47 yaşlı aktrisadan ad günü FOTosessiyası
Azərbaycandan Türkiyəyə qadağa
Tatlısəs 118 min təzminat istəyir
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Azad Söz (9-cu hissə)
Saçınızı mineral suyla yusanız...
Qadin.Netlə birlikdə hamiləlik (XI həftə)
Kanye Uestdən qəribə açıqlama
Məşhur aktrisa ana oldu-FOTO
Gəlin dırnaq modelləri
Badımcan tortu (foto resept)
Təlqinlə bədəni gücləndirin
XƏBƏRDARLIQ: Sabah geomaqnit qasırğası olacaq
Prezident idmançılarımıza baş çəkdi
Marsda göl tapıldı - FOTO
5 saata 3 milyon yardım topladılar
“Gucci” erməni qıza görə lağa qoyuldu - FOTO
Qalın topuqlu ayaqqabılar
Şvartsneggerin oğlu atasının məşhur pozasını təkrarladı - FOTO
Təsi Babayeva ilə müsahibə
Facebook-dan növbəti yenilik
"Qızılgül" tortu (foto resept)
Adel 45 kq arıqladıqdan sonra ilk dəfə-FOTO
Quş ətinin çəkisini “unikal yolla” artıran müəssisə aşkarlandı
Dodaqlara qulluq