Münəccimlər 2019-cu ilin astroloji təhlilini hazırlayıb. Onlar bu nəticəyə gəlib ki, hər bürc işarəsi göndərilən sınaqlara əsasən 2020-ci ildə bir çox şeyi dəyişdirməlidir.
Qadin.Net oxucuları 2019-cu ilin astroloji təhlili ilə tanış edir.
1. Qoç (21 mart - 19 aprel)
Temperamentin sizi idarə etməsinə icazə verməyin.
Mükəmməl birisiniz. Ehtiras və enerji ilə dolusunuz, həmçinin fikrinizi bildirməkdən qorxmursunuz. Ancaq istənilən yanğın özündən sonra iz qoyur. Bəli, hisslərinizi açıq şəkildə ifadə etmək yaxşıdır, amma yenə də onları düzgün istiqamətə yönəltməyi öyrənməlisiniz. Yəqin ki, başqaları ilə necə ünsiyyət qurmaq üzərində işləməyin lazım olduğunu başa düşdünüz. 2019-cu ildə Qoç bürcünün nümayəndələri daxili enerjilərini idarə etməyi öyrəndilər.
2. Buğa (20 aprel - 20 may)
Başqalarını dəyişdirməyə çalışmaq əvəzinə, özünüzə diqqət edin!
Yaxınlarınıza qayğı göstərə bilən vəfalı insansınız. Ancaq artıq başa düşmüsünüz ki, xilas edilməyi hər kəs arzulamır. Bir insanı özü istəmədiyi müddətcə dəyişə bilməzsiniz. 2019-cu il öyrətdi ki, sevgi və dəstəyinizə bütün insanlar layiq deyil. Özünüzə və ehtiyaclarınıza diqqət yetirməyə çalışın.
3. Əkizlər (21 May - 20 İyun)
Özünü aldatmaq sizə xeyir gətirməyəcək!
Siz daim çaşqınlıq içindəsiniz. Heç bir halda heç kəsə pislik etməyə və zərər verməyə çalışmayan bir insansınız. Qəfil fikrinizi dəyişməklə yalanın torunu hörməyə başlayırsınız. Yalançı olmadığınızı bilirik, lakin anlamırsınız ki, həqiqəti gizlətməklə özünüzə ziyan vurursunuz. 2019-cu ildə anladınız ki, yalan danışmağın heç bir mənası yoxdur. Yalan sizə problemi həll etməyə kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq. Başlıcası, özünüzə qarşı dürüst olun.
4. Xərçəng (21 iyun - 22 iyul)
Güclü olmalı və sizə dəyərli olan insanlar üçün həmişə mübarizə aparmalı olduğunuzu unutmayın.
Hamı sizin nə qədər həssas olduğunuzu bilir. Ancaq imkan verməyin ki, həssaslığınız sizi zəiflətsin. Başqalarına qayğı göstərmək yaxşıdır, amma qarşı tərəfin fikirlərini öz fikrinizdən üstün tutmayın. Özünüzü sevin, çünki yalnız bu şəkildə daxili harmoniya əldə edə biləcəksiniz. 2019-cu ildə komplekslərinizdən qurtulmağı, daha inamlı olmağı və enerjinizi yalnız dəyərli şeylərə xərcləməyi öyrəndiniz. Həyatınızı yaşayın və kimsənin sizə təsir etməsinə imkan verməyin.
5. Şir (23 iyul - 22 avqust)
Başqalarının da diqqət mərkəzinə çevrilməyə icazə verəndə, daha çox parlamağa başlayacaqsınız.
İstedadlısınız, ancaq qürurunuz sizə zərər verə bilər. O, neqativdən başqa bir şey vermir və nəticədə özünüzü tərk edilmiş hiss edirsiniz. 2019-cu ildə artıq başa düşdünüz ki, həsəd yalnız nifrinliyinizi artırır. Başqalarını dəyərləndirməyə və onları daim diqqət mərkəzində saxlamağa başladıqda auranız daha da parlamağa başlayacaq.
6. Qız (23 avqust - 22 sentyabr)
İstirahət etməyi, özünüzə dəyər verməyi öyrənin, özünütənqidi azaldın.
Mükəmməllik yaxşıdır, razıyıq, amma həddən artıq özündənrazılıq yox. Özünüzə qarşı çox sərt olsanız, bu, yalnız ziyanınıza işləyəcək. Özünüzü sevməlisiniz. İstədiyiniz qədər mükəmməl ola bilməyəndə, özünüzü günahlandırmayın. Bəlkə də haqlısınız, bəlkə də yox. Problem ondadır ki, həddən artıq özünütənqid daxili ahənginizi pozur. 2019-cu il özünü sevməyi, dəyər verməyi və özünü bağışlamağı öyrətdi.
7. Tərəzi (23 sentyabr - 22 oktyabr)
Anlayın ki, həmişə başqalarını deyil, özünüzü də düşünməlisiniz!
İnsanlarla ünsiyyətdən zövq alan mehriban insansınız. Həmişə öz ehtiyaclarınıza məhəl qoymadan başqalarına kömək etməyə çalışırsınız. Beləliklə, şüursuz olaraq zamanla ciddiləşən psixoloji problemlər yaradırsınız. 2019-cu ildə əvvəlcə özünüzü xilas etməli olduğunuzu öyrəndiniz, yalnız bundan sonra hamını xilas etməyə çalışın.
8. Əqrəb (23 oktyabr - 21 noyabr)
Başa düşün ki, insanlara vaxtında dəyər vermək lazımdır, itirəndən sonra yox!
Sevən və sadiq bir insansınız, ancaq qaranlıq tərəfiniz də var. Bəzən tünd xasiyyətiniz bütün yaxşı keyfiyyətləri örtür və sizin üçün vacib insanları itirirsiniz. 2019-cu ildə ehtirasınızı idarə etməyi, həyatınızdakı hər şeyi və hər kəsi qiymətləndirə bilməyi öyrəndiniz.
9. Oxatan (22 noyabr - 21 dekabr)
Başa düşün ki, verdiyiniz sözə əməl etməlisiniz!
Siz şən və macəraçı bir insansınız, odur ki, sizi sevirik. Bundan başqa, çox vaxt hərəkətlərinizlə başqalarını düşünmədən təhqir edirsiniz. 2019-cu ildə daha məsuliyyətli olmağı və vədlərinizi yerinə yetirməli olduğunuzu öyrəndiniz.
10. Oğlaq (22 dekabr - 19 yanvar)
Anlayın ki, bir insan sizi tərk etmək istəyirsə, onu buraxmalısınız.
Çox çalışqansınız və gözlədiyiniz mükafatı qazanmaq üçün istənilən riskə getməyə hazırsınız. Ancaq münasibətlər rəqabət, insanlarsa kubok deyil. Çox emosionalsınız, bu, sizin üçün sağollaşmağı çətinləşdirir. 2019-cu il sizdən ayrılmaq istəyən insanı saxlaya bilməyəcəyinizi öyrətdi. Sevgi və qayğını düzgün istiqamətə yönəldin.
11. Dolça (19 yanvar - 18 fevral)
Planlaşdırmağı öyrənin!
Xəyal qurmağı sevirsiniz, enerji ilə dolu olsanız da, plan qurmağı bacarmırsınız. Xəyallarınızın izi ilə gedirsiniz, ancaq tez-tez ailənizə və dostlarınıza laqeyd yanaşırsınız. Bir az yavaşlayın və onlara diqqət yetirin. 2019-cu il sizə öyrətdi ki, ailəniz və dostlarınızla vaxt keçirmək məqsədinizə çatmağınıza mane olmayacaq. Yaxınlarınız maneə deyil, dəstəkdir.
12. Balıq (19 fevral - 20 mart)
Başa düşün ki, problemlərdən qaça bilmək mümkün deyil.
İstənilən problemi həll etmək üçün hər zaman çıxış yolunuz var - onlardan qaçmaq. Fərqi yoxdur, iş və ya şəxsi. Ancaq bir problemdən qaçmaq onu həll etmir. Harada olursunuzsa olun, bu problem sizi gəlib tapacaq. 2019-cu il sizə vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, hər şeyi atıb qaça bilmək şansınız olmadığını öyrətdi. (publika.az)
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri