Giriş
Bağla

"Cavanlığım" Cabir Novruz

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

"Cavanlığım" Cabir Novruz

Həyatımın tacı idi

Qara gözlü cavanlığım.

Eşq, məhəbbət acı idi

Qara gözlü cavanlığım.

 

Ürək kimi döyünərdi,

Nə bir qəmi, nə bir dərdi,

Çox illərə sinə gərdi,

Durdu, dözdü cavanlığım.

 

Ömrü çiçək qədər oldu,

Sevinc oldu, kədər oldu.

Neçin gəldi-gedər oldu,

Kimdən küsdü cavanlığım?..

 

Arzulara adlayardı,

Qönçə kimi çatlayardı,

Gözəlləri odlayardı,

Qaynar, isti cavanlığım.

 

Təbiətin nemətiydi,

Sevgilərin məbədiydi,

Sanardım ki, əbədidi,

Tükənməzdi cavanlığım…

 

Cabir Novruz



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика