Giriş
Bağla

"Elə baxma" Bəxtiyar Vahabzadə

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

 

ELƏ BAXMA

"Elə baxma" Bəxtiyar Vahabzadə

-Elə baxma qadan alım,

Hər baxanda könlüm olur dilim-dilim

-Necə baxım?

-Elə bax ki, mən də sənə baxa bilim.

-Bu mənim öz baxışımdır.

Hardan alım təzə baxış?

"Elə baxma" Bəxtiyar Vahabzadə

-Düzü məndə can qalmamış

-Onda baxma!

-Necə? Məgər bu mümkünmü?

Gülüm, məndən nə tez bezdin?

Əgər sənə baxmasaydım,

Sən də belə görünməzdin.

 

Bəxtiyar Vahabzadə



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика