Giriş
Bağla

Can Yaman Etiraf Etdi

Günün əsas xəbərləri

Can Yaman Etiraf Etdi


Türkiyəli aktyor Can Yaman “Hello” dərgisi üçün Romada kamera qarşısına keçib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, hazırda subay olduğunu bildirən Can “ Heç vaxt dəli kimi aşiq olmamışam. Bu ancaq seriallarda baş verib. Eyni komandada çalışan insanların sevgi yaşaması normaldır” deyə, söyləyib.

“Qayğıkeş qadınları sevirəm. Gülərüz, zarafatcıl qadınlar məni cəlb edir. Amma zarafat edərkən də xanımlığını qorumalıdır. Qadının mimikası, enerjisi, aurası, qoxusu və səs tonu önəmlidir. Həyatımdakı qadın mənim ən yaxşı versiyamı üzə çıxarmalıdır” sözləri ilə qadınların sevdiyi tərəflərini açıqlayan aktyor sevmədiyi yönlərdən də bəhs edib.

 

O, antipatiya bəslədiyi qadınları belə ifadə edir:

“Kişi kimi danışan, yüksək səslə söhbət edən və qabarıq hərəkətlər sərgiləyənlərdən qaçıram. Qaçan və məcburən özünü gizləyən qadınları sevmirəm. Donuq üz ifadəsi olanlar məni cəlb etmir. Məni dəyişdirməyə çalışan adamlardan uzaq gəzirəm”.

 

Can Yaman Etiraf Etdi




Şərhlər (1)

Pervin Pervin 7 November 2019 21:18 Cavab yaz

O, antipatiya bəslədiyi qadınları belə ifadə edir:

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика