Giriş
Bağla

Hamilə qadınlar üçün zərərli olan qidalar

Hamiləlik və analıq / Hamiləlik təqvimi

 

1. Hamiləlik dövründə alkoqoldan qaçın: Alkoqol erkən doğum, zehni çatışmazlıq, doğuş qüsurları kimi problemlərə səbəb ola bilər.

Hamilə qadınlar üçün zərərli olan qidalar

2. Kafeindən uzaq olun: Kafein hamiləlik dövründə gündə 200 mq-dan daha az olmalıdır. Kafein sidik qovucu olduğu üçün, bədəndə maye azalmasına səbəb olar. Su və kalsium itkisinə səbəb olur. Kafeinli içkilər yerinə bol miqdarda su, meyvə suyu və süd içməyiniz vacibdir. Bəzi araşdırmalar, çox miqdarda kafeinin erkən doğuş kimi problemlərə yol açdığını bildirirlər.

Hamilə qadınlar üçün zərərli olan qidalar

3. Ümumi yağ miqdarı: Yediyiniz yağ miqdarı gündəlik kalori qəbulunun 30%-indən çox olmamalıdır. 

Hamilə qadınlar üçün zərərli olan qidalar

4. Civə səviyyəsinə sahib balıqları yeməyin: Hamiləlik əsnasında qəbul edilən civə inkişaf gecikmələrinə və beyin zədələrinə səbəb ola bilər. Ağır metal maddə tərkibi olan qidalardan uzaq olun. Çiy balıqdan qaçın.

 

5. Bişməmiş və ya az bişmiş: Üstündəki bakteriyalar səbəbi ilə bişməmiş dəniz məhsulları və az bişmiş ət məhsullarından uzaq olun.

Hamilə qadınlar üçün zərərli olan qidalar

6. Yumadan yeməyin: Tərəvəzlər olduqca faydalıdır. Amma bakteriyalardan uzaq olmaq üçün mütləq yuyun.

 

 



Şərhlər (1)

Milana.M Milana.M 25 October 2019 09:26 Cavab yaz

Kafein hamiləlik dövründə gündə 200 mq-dan daha az olmalıdır

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика