Giriş
Bağla

"Ayrılmayaq" Rəsul Rza

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

 

AYRILMAYAQ

"Ayrılmayaq" Rəsul Rza

Xəyalın yanımda, sən uzaqdasan,

Hicranın yolları ömür qədərdir.

Bu yalqız axşamda yuvama baxsan,

Mənəm, xəyalındır, bir də kədərdir...

 

Gəl, ört pəncərəni, qalaq üz-üzə,

Bir sən ol, bir də mən, bir də gözlərin.

Vüsal qərq olurkən hicran dənizə,

Ağ bir yelkən olsun o son sözlərin...

 

Bir sən ol, bir də mən, bir də dərdimiz,

Ağlayaq doyunca, gülək doyunca.

Baş-başa qaldıqca bu möhnətdə biz,

Döysün qapıları külək doyunca...

 

Döysün qoy açmayaq, yorulsun külək,

Qəmli hicran qalsın qapıda dustaq.

Bir an vüsalınla çırpınsın ürək,

Sonra, sonra yenə biz ayrılmayaq...

 

Rəsul Rza



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика