Giriş
Bağla

“WhatsApp”da yeni boşluq aşkar edildi

Günün əsas xəbərləri

“WhatsApp”da yeni boşluq aşkar edildi


"The Hacker News" portalının məlumatına görə, "WhatsApp" messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, istifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda "Bütün istifadəçilərdə silmək" funksiyası düzgün işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.


Bundan başqa, sözügedən boşluq yalnız "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. "Android" sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir.

Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, "Bütün istifadəçilərdə silmək" funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика